Feysbuk erməni təxribatının qarşısını aldı
"Meta" Korporasiyasına daxil olan Feysbuk sosial media platforması ermənilərin inadla dünyaya "soyqırım" kimi təqdim etdikləri hadisələrlə bağlı saxta təbliğat aparmalarına mane olub.
KONKRET.azTrend-ə istinadən xəbər verir ki, erməni istifadəçilər profil şəkillərinə qondarma "soyqırım"la bağlı "xatirə çərçivələri" əlavə etmək istəyiblər. Erməni mətbuatının yazdığına görə, "Xatırlayıram və tələb edirəm" şüarı ilə xatirə çərçivələri hazırlanıb. Lakin Feysbuk onlara bu imkanı verməyərək ermənilərin saxta təbliğat layihəsinin qarşısını alıb.
Ermənilər çarəsizlikdən "Photoshop" kimi proqramlardan istifadə edərək fotolarına çərçivə əlavə etməyə məcbur olublar.
"Meta" şirkətinin düzgün qərarından hiddətlənən ermənilər indi bu işin arxasında "Azərbaycan və türk izi" axtarır. Onlar Ermənistan hakimiyyətini ölkədə sosial şəbəkəni bloklamağa çağırırlar.
Xatırladaq ki, Ermənistan və erməni lobbisi Türkiyənin sələfi olan Osmanlı İmperiyasının 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı "soyqırım" törətdiyini iddia edir. Ankara dəfələrlə Ermənistanı arxivləri açmağa və hadisələri araşdırmaq üçün birgə komissiya yaratmağa çağırıb. Amma Ermənistan hələ də Türkiyənin təklifinə cavab verməyib, çünki bu, ilk növbədə, onlar tərəfindən uydurulmuş və bilərəkdən saxtalaşdırılan hekayədir.
Turlar.az [newsid: 0-123300]

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Qızılın qiyməti kəskin ucuzlaşdı
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
İnfantino Samir Şərifov və Rövşən Nəcəf bir arada
Bakıda FIFA DÇ həyəcanı başlayır