FHN bayramla bağlı əhaliyə müraciət etdi
Yeni il bayramı ilə əlaqədar insanların kütləvi şəkildə müxtəlif məkanlarda, o cümlədən restoran və şənlik zallarında, evlərdə toplanması, bayramın əsas simvolu olan küknar ağaclarının quraşdırılaraq işıqlandırılması və digər hallar yanğın təhlükəsini artırır.
Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, bu zaman kiçik ehtiyatsızlıq və ya diqqətsizlik bayram ab-havasının pozulmasına, acı nəticələrə gətirib çıxara bilər.
Qeyd olunanları nəzərə alaraq Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək Yeni il bayramı ilə əlaqədar keçirilən mərasimlərdə yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır. Belə ki,
- evlərdə və şənlik məkanlarında bəzədilən küknar ağacı yerə möhkəm bərkidilməli, ağacın budaqları tavana və divarlara toxunmamalı;
- işıqlandırmada saz və standarta uyğun elektrik qurğu və cihazından istifadə edilməli, nəzarətsiz qoyulmamalı;
- ağac tezalışan oyuncaqla bəzədilməməli;
- qapalı məkanda atəşfəşanlıq edilməməlidir.
Həmçinin, bir daha xatırladırırıq ki, bayram şənliyinin təşkili üçün seçilən məkanlar müvafiq yanğın təhlükəsizliyi qaydalarının tələblərinə cavab verməlidir.
Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin! / azxeber.com

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"1-ci Ailə Kuboku" baş tutdu - FOTOLAR