FHN əməkdaşları dünya çempionu oldu
19 noyabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-sağlamlıq mərkəzində Nazirliyin beynəlxalq yarışlarda uğur qazanmış əməkdaşları ilə görüş keçirilib.
FHN-dən Publika.az-a verilən məlumata görə, görüşdə nazirliyin İdman-sağlamlıq mərkəzinin rəisi polkovnik Füzuli Musayev həmin idmançıları Xüsusi Riskli Xilasetmə Xidmətinin N saylı hərbi hissəsinin xilasedicisi gizir Fərqanə Saxrayevanı, İdman-sağlamlıq mərkəzinin əməkdaşı baş-leytenant Qadir Cəfərovu əldə etdikləri nailiyyətlərə görə təbrik edib, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulayıb.
Qeyd edək ki, 22-27 oktyabr 2019-cu il tarixlərində Şimali Kiprin Girne şəhərində 11 ölkədən 250-dən çox idmançının iştirak etdiyi Döyüş Növləri Festivalı və kata üzrə Budo Dünya çempionatında Fərqanə Saxrayeva +55 kq, Qadir Cəfərov isə 75 kq çəki dərəcəsində çempion adını qazanıblar. Həmçinin, Fərqanə Saxrayeva 8-10 noyabr 2019-cu il tarixlərində İtaliyanın Milan şəhərində keçirilən 40 ölkədən 400-dən çox idmançının iştirak etdiyi WFC döyüş növləri üzrə Dünya çempionatında gümüş medala layiq görülüb. /publika.az

ABŞ-ın İrana əsas tələbləri açıqlandı: Razılaşma buna görə baş tutmur
Macarıstan prezident postuna namizəd axtarır - Şahmat ustası imtina etdi
Bakıda "Neftçi"yə 2 qol vuran Vardanyandan açıqlama
Azərbaycan və Moldova sahibkarları arasında B2B görüş keçirildi - FOTOLAR
İran 7 ölkəyə hücumla bağlı xəbərdarlıq etdi
"Dövlət şirkətlərində maaşlar baş nazirin maaşından yüksək ola bilməz" — Macar
Gəncədə iki bacını avtomobil vurdu
Neft bahalaşdı: Brent 96 dolları keçdi
Rusiyalı qapıçı matç zamanı öldü
"Barselona" yeni hücumçu aldı
"Zirə" ilk matçda "Payde"yə məğlub oldu - Konfrans Liqası
Bu universitetə magistr qəbulu ləğv edildi
Azərbaycan nefti 109 dolları keçdi
Yevlax sakini həmyerlisini qətlə yetirib
Göyçayda piyadanı maşın vurdu