FİATA Dünya Konqresi keçirildi - FOTOLAR

FİATA Dünya Konqresi keçirildi - FOTOLAR3-6 oktyabr tarixlərində Belçikanın paytaxtı Brüsel şəhərində FİATA (Beynəlxalq Ekspeditorlar Assosiasiyaları Federasiyası) nın "Logistikanın dəyişən iqlimi" sloqanı ilə növbəti FİATA Dünya Konqresi keçirilib.
azxeber.com xəbər verir ki, 70 ə yaxın ölkədən 500 dən çox iştirakçının və 60 dan çox bu sahədə ixtisaslaşmış beynəlxalq ekspert-çıxışçının iştirak etdiyi konqresdə Azərbaycanı Azərbaycan Nəqliyyat Ekspeditor şirkətləri Assosiasiyası, eləcə də ölkənin nəqliyyat-logistika sahəsində kadr hazırlığı üzrə ilk özəl təlim-tədris mərkəzi olan Aztugem MMC təmsil etmişdir. 
Aztugem Təlim-Tədris müəssisəsinin rəhbəri, eyni zamanda beynəlxalq təşkilat olan WILAT (Women In Logistics And Transport) ın Azərbaycan üzrə əlaqələndirici məsul şəxsi təyin olunmuş Lamiyə Xəlilova konqres çərçivəsində bir çox assosasiya nümayəndələri və ekspertlərlə, eləcə də FİATA Prezidenti cənab İvan Petrov, həmçinin Ərəb Körfəzinin Baş Milli Ekspeditorlar Assosiasiyası sədri, eyni zamanda da WILAT Global ın vitse-prezidenti xanım Nadia Abdul Aziz ilə görüşlər keçirmiş, görüşlər çərçivəsində təcrübə mübadiləsi, kadr hazırlığı, təlim-tədris, qadınların nəqliyyat-logistikada mövqeyinin artırılması üzrə fikir mübadilələri aparmışdır. 
3 gün davam edən FİATA Dünya Konqresi Proqramı "Logistika və nəqliyyat sahəsində yeni rəqəmsallaşma (digitalizasiya) həlləri", "Yaşıl Logistikanın gələcəyi", "Nəqliyyat və Logistika sahəsində risklərin idarə edilməsinin optimallaşdırma mənbələri", "Nəqliyyat və Logistika üzrə peşə təhsilinin təşviqi"  kimi  panel mövzuları üzrə ekspertlərin təqdimatları, fikir mübadilələri və müzakirələrlə davam etmişdir. 
Qeyd edək ki, 1926 – cı ildən fəaliyyət göstərən və mərkəz ofisi Cenevrə, İsveçrədə yerləşən Beynəlxalq Ekspeditorlar Assosiasiyaları Federasiyası (FİATA) hal-hazırda 150-dən çox ölkədən olan 109 Ekspeditorlar Assosiasiyalarını, eləcə də 5500 dən çox fərdi üzvi və 40 000 dən çox  Nəqliyyat və Ekspeditor şirkətlərini birləşdirir. 
FİATA Dünya Konqresi keçirildi - FOTOLARFİATA Dünya Konqresi keçirildi - FOTOLARFİATA Dünya Konqresi keçirildi - FOTOLARFİATA Dünya Konqresi keçirildi - FOTOLAR

İqtisadiyyat       Tarix: 09 oktyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

Qızılın qiyməti kəskin ucuzlaşdı

Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. Trend-ə istinadən xəbər verir ki,  qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 fai

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.31% artaraq 4.190 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.08% bahalaşaraq 59.58 AB

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə oktyabr ayının pensiyaları ödənilib. Bu barədə -a nazirlikdən məluma

Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb

Bakcell-in baş icraçı direktoru Qunnar Panke ADA Universitetinin "Senior Talks" layihəsi çərçivəsində tələbələrlə bir araya gəlib. Görüş zamanı Qunnar Panke telekommunikasiya sektorunda qlobal trendlər, süni intellek

Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR

Sahil zolaqları təkcə istirahət məkanı deyil, həm də dənizin ekosistemini qoruyan təbii sərhəddir. Yerə atılan plastik və digər tullantılar zamanla dənizə düşərək canlı aləmə təsir göstərir, ona görə də sahillərin təmiz saxlanmas

Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR

Görüşdə Marsol Group-un direktoru Bilal Qasımlı, Kambocanın Turizm naziri Huot Hak və nümayəndə heyəti, eləcə də turizm sahəsində fəaliyyət göstərən şirkət rəhbərləri iştirak ediblər. Görüş zamanı Azərbaycan və Kamboca arasınd

"Trendyol" və "Temu"da qiymətlər niyə səbətdə artır? - İqtisadçı səbəbləri açıqladı

Son vaxtlar "Trendyol", "Temu" və digər onlayn alış-veriş platformalarında məhsulların qiymətinin səbətə əlavə edildikdən sonra artması alıcılar arasında narazılıq yaradır. İstifadəçilər bildirirlər ki

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.55% artaraq 4.193 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.31% bahalaşaraq 57.91 AB


azerbaycan xeberleri yeni xeberler son xeberler ən son xeberler son xeber az cəbhədən son məlumatlar bu gunun xeberleri