Fikrət Məmmədov: 'Hakimlik fəaliyyətimdə səylərimi əsirgəməyəcəm
Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Milli Məclisin qərarı ilə Konstitusiya Məhkəməsinin yeni təyin edilmiş hakimi Fikrət Məmmədov kollektivə təqdim olunub.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən bildirilib ki, tədbirdə Məhkəmənin hakimləri və Aparatın məsul əməkdaşları iştirak ediblər.
Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təqdimatına əsasən Milli Məclis tərəfindən Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin olunması münasibətilə Fikrət Məmmədovu təbrik edərək, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Fərhad Abdullayev ölkəmizdə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra başlanmış hüquqi dövlət quruculuğundan, Prezident İlham Əliyevin məhkəmə-hüquq sahəsində həyata keçirilən mütərəqqi islahatlardan, məhkəmə hakimiyyətinin müstəqilliyinin möhkəmlənməsindən, Konstitusiyanın aliliyinin təmin olunması və qorunması sahəsində atılan mühüm addımlardan bəhs edib.
Hakim Fikrət Məmmədov göstərilən etimada görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkürünü ifadə edərək, hakimlik fəaliyyətində də səylərini əsirgəməyəcəyini bildirib. / azxeber.com
Turlar.az [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"1-ci Ailə Kuboku" baş tutdu - FOTOLAR