Fikrət Məmmədov onun yerinə TƏYİN OLUNACAQ

Fikrət Məmmədov onun yerinə TƏYİN OLUNACAQXəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibində yer almayan keçmiş ədliyyə naziri Fikrət Məmmədovun Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilməsi haqqında Milli Məclisə təqdimat verib. Çox güman ki, keçmiş nazir Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təsdiqlənəcək.
Qeyd edək ki, hazırda Konstitusiya Məhkəməsinin 8 hakimi var:
Fərhad Abdullayev (Konstitusiya Məhkəməsinin sədri);
Sona Salmanova (sədr müavini);
Humay Əfəndiyeva (hakim);
Rövşən İsmayılov (hakim);
Ceyhun Qaracayev (hakim);
Rafael Qvaladze (hakim);
İsa Nəcəfov (hakim);
Kamran Şəfiyev (hakim).
Amma Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin I hissəsinə müvafiq olaraq Konstitusiya Məhkəməsi 9 hakimdən ibarət olmalıdır.
Modern.az-ın məlumatına görə, Konstitusiya Məhkəməsinin hakimlərindən biri - Əməkdar hüquqşünas Mahir Muradov 2023-cü il yanvarın 5-də 66 yaşında vəfat edib. O, 2012-ci ildən Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin olunmuşdu.
Bu isə o deməkdir ki, Konstitusiya Məhkəməsi bir ildən çoxdur ki, 9-cu hakimin təyinatını gözləyir.
Fikrət Məmmədovun məhz mərhum Mahir Muradovun yerini dolduracağı istisna deyil.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin I hissəsinə müvafiq olaraq Konstitusiya Məhkəməsinin hakimləri Prezidentin təqdimatı əsasında Milli Məclis tərəfindən təyin olunur. Hakimlər 15 il müddətinə təyin olunurlar. Səlahiyyət müddəti başa çatdıqdan sonra Konstitusiya Məhkəməsinin hakimi təkrar eyni vəzifəyə təyin edilə bilməz. Məhkəmənin sədri və sədr müavini Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin edilir.
Fikrət Məmmədov 2000-ci ilin aprel ayında Azərbaycan Respublikasının ədliyyə naziri təyin edilmişdr. Daha sonra formalaşmış hökumətlərdə F. Məmmədov 4 dəfə bu vəzifəyə yenidən təyinat almışdı.
2024-cü il fevralın 14-də yenidən Azərbaycan Prezidenti seçilmiş İlham Əliyevin inaqurasiyasından sonra qanunvericiliyə uyğun olaraq Nazirlər Kabineti istefa verib. Nazirlər Kabinetinin yeni tərkibində ədliyyə naziri Fikrət Məmmədov yer almayıb. Həmin vəzifənin müvəqqəti icrası Azərbaycan Respublikası ədliyyə nazirinin müavini Azər Cəfərova həvalə edilib. / azxeber.com

Sosial       Tarix: 19 fevral 2024
f Paylaş

Oxşar xəbərlər

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Magistraturada 949 plan yeri niyə boş qaldı? - Ekspert səbəbləri açıqladı

Xəbər verdiyimiz kimi, magistratura səviyyəsi üzrə boş qalan plan yerlərinə keçirilən müsabiqənin nəticələri açıqlanıb. Müsabiqədə iştirak edən 1457 bakalavrdan 508 nəfəri ali təhsil müəssisələrinin magistratura səviyyəsin

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind


yeni xeberler son xeberler azerbaycan xeberleri xəbər.az azerbaycan son xeber bugun enson xeberler cəbhədən son məlumatlar