Filipp Kirkorov məhkəməyə verildi - FOTO
Filipp Kirkorov məhkəməyə verildi - FOTO
Rusiyanın Moskva şəhərinin Taqanski Məhkəməsi pravoslav aktivist Mixail Feodoridinin müğənni Filipp Kirkorova qarşı qaldırdığı iddianı baxılması üçün qəbul edib.
Aktivist Kirkorovun musiqili klipində xaçdan səhnə obyekti kimi istifadə edilməsinə və bununla da dini hisslərin təhqir edilməsinə görə mənəvi zərərin ödənilməsini tələb edib.
Bu barədə məhkəmədən məlumat verilib.
"Məhkəmə tərəfindən Feodoridinin Kirkorova qarşı mülki iddiası qeydə alınıb", - deyə məlumatda bildirilib.
İddiaya baxılacağı tarix hələ müəyyən edilməyib.
Kirkorovun nümayəndəsi Aleksandr Dobrovinski aktvistlərin dindarların hisslərini təhqir etdiyi ilə bağlı ittihamları rədd edib.
"Birincisi, indi də bəzilərinə rahatlıq verməyən xaçla bağlı səhnə Mariya Maqdalenaya sitayiş kimi nəzərdə tutulub. Filipp Bedrosoviç çarmıxa qalxır və bu müqəddəsin qarşısında diz çökür. Amma artisti ləkələmək niyyətində olan hər kəs görmək istədiyini və ya özünə sərf edəni görür", - deyə Dobrovinski artistin yaradıcılıq azadlığı prinsipləri haqqında xatırladıb.




Mənbə: TASS / oxu.az
Turlar.az [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Bakıda 21 yaşlı kişi bıçaqlandı
Naxçıvanda zəncirvari yol qəzası olub, xəsarət alanlar var
Bakının bu rayonunda 2 gün su olmayacaq - Xəbərdarlıq
"İflic olacağam və yataqda qalacağam
Aİ-nin Azərbaycandakı Nümayəndəliyi Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib
Ermənistanın Azərbaycana qarşı mina müharibəsi bu dəfə Romada fotofaktlarla nümayiş etdirilib
Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram
Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR
Qızıl və gümüş bahalaşdı
Rəis müavini faciəli şəkildə HƏYATINI İTİRDİ
İsrail Prezidenti Bakıya BELƏ GƏLİBMİŞ
Naxçıvanda avtomobil piyadanı vurdu
Əhmədli metrosunun qarşısında ağır qəza - Ölən var
Göbələk mövsümü: Zəhərlənmə halları ilə bağlı xəbərdarlıq edildi