Filippində qasırğa nəticəsində ölənlərin sayı 300-ə çatdı
Filippində (yerli olaraq "Odette" adlanır) "Rai" tayfunu nəticəsində ölənlərin sayı 300-ü ötüb.
Publika.az "RIA Novosti"yə istinadla xəbər verir ki, bu barədə Milli Fəlakət Riskinin Azaldılması və İdarə Edilməsi Şurasının (NDRRMC) məlumatında deyilir.
Daha əvvəl "Agence France-Presse" polisə istinadla 208 nəfərin öldüyünü bildirmişdi. Öz növbəsində Filippin hakimiyyəti 156 nəfərin öldüyünü açıqlayıb. Onların məlumatına görə, 275 nəfər xəsarət alıb, daha 37 nəfər itkin düşmüş hesab olunur.
"Cümə günü, Milad bayramından bir gün əvvəl NDRRMC tayfun qurbanlarının sayının 326-ya çatdığını bildirdi. 661 sakin yaralanıb, 58 nəfər itkin düşüb", - agentliyin Filippin CNN telekanalına verdiyi açıqlamada deyilir.
Dekabrın 16-da ölkənin yaxın tarixinin ən ölümcül hadisələrindən biri olan "Rai" tayfunu Filippin sahillərinə çataraq torpaq sürüşməsi və daşqın təhlükəsinə səbəb olub. 300 mindən çox insan təxliyə edilib. Qasırğa güclü küləklə müşayiət olunub.
Hüseyn
Turlar.az [newsid: 0-123300]

Neft yenidən ucuzlaşdı
ABŞ-nin F-16 qırıcısı qəzaya düşdü
Hüseyn əməliyyat olundu - Foto
Bu tarixdə Bakıda qaranlıq olacaq
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasına qatıldı
TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa
BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
Bu səlahiyyət Daxili İşlər Nazirliyinə həvalə olundu
Bəhlul Mustafazadə yenə əməliyyat olundu
Avropa Liqası: daha 9 oyun baş tutacaq
17 sentyabr - Ümumdünya Pasiyent Təhlükəsizliyi Günüdür
Tələbəni xaric etmək doğru deyil' - Deputat ADMİU-dakı qalmaqaldan danışdı
Karapetyanın ev dustaqlığı daha iki ay uzadıldı
"2 milyonum olsaydı, toyda oxumazdım" - Eldəniz Məmmədov
Ağdamda toyda dava: Xəsarət alan var