Film çəkilişlərində FACİƏ: qadını güllələyən aktyor danışdı
Məşhur amerikalı aktyor Alek Bolduin "Rast" filminin çəkilişləri zamanı baş vermiş faciəvi hadisədən sarsıntı keçirdiyini yazıb.
"Həmkarımız, qadın və ana olan, qürur duyduğumuz Qalina Hatçinsin həyatını bitirən faciəvi hadisədən necə şoka düşdüyümü anlatmağa kəlmələr yetmir. Faciənin necə baş verdiyini araşdıran, istintaq aparan polislə tam əməkdaşlıq edirəm", - aktyor Instagram hesabında yazıb.
Aktyor qeyd edib ki, həlak olan qadının yaxınları ilə əlaqə saxlayıb və Hatçinsin həyat yoldaşına, ailəsinə dəstək göstərməyə hazırdır.
"Həyat yoldaşına, oğluna, Qalinanı tanıyan və sevən hər kəsə ürəyim yanır", - Bolduin əlavə edib.
Hadisə Nyu-Meksiko ştatında baş verib. Film çəkilişi vaxtı Bolduin boş patronla doldurulmuş tapançadan atəş açıb. Operator Qalina Hatçins ağır yaralanıb və onu aviasiya ilə Albukerke şəhərinin xəstəxanasına çatdırıblar. Ancaq həkimlər onu xilas edə bilməyiblər. Başqa bir güllə isə filmin rejissoru Coel Souzanın çiynini yaralayıb.
Variety jurnalı indilərdə bildirib ki, həmin butafor tapançanın içində bir döyüş patronu olub. Bu barədə məlumatı isə Teatr Səhnəsi Əməkdaşlarının Beynəlxalq Alyansı özünün 44 üzvünə elektron poçtla göndərib.
Santa-Fe dairəsinin şerifi bildirib ki, atəşi açan Alek Bolduindir, ancaq hələlik ona qarşı ittiham irəli sürülməyib. Filmin çəkilişləri dayandırılıb.
Qalina Hatçinsin 42 yaşı vardı. O, Ukraynada doğulub. Kiyev Universitetinin beynəlxalq jurnalistika fakültəsini bitirib. Son illər Los-Ancelesdə yaşayırmış. Bir neçə Hollivud filminin ("Əzizim" (2019), "Qatı düşmən" (2020) və Blindfire (2020)) operatoru olub . /publika.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Neft yenidən ucuzlaşdı
ABŞ-nin F-16 qırıcısı qəzaya düşdü
Hüseyn əməliyyat olundu - Foto
Bu tarixdə Bakıda qaranlıq olacaq
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasına qatıldı
TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa
BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
Bəhlul Mustafazadə yenə əməliyyat olundu
Avropa Liqası: daha 9 oyun baş tutacaq
Karapetyanın ev dustaqlığı daha iki ay uzadıldı
Ağdamda toyda dava: Xəsarət alan var
Bakıda küçədə meyit tapıldı
Zelenskidən önəmli açıqlama: İkinci həmlə edildi
Beş dövlət Xəzər dənizi ilə bağlı yeni qərar verdi
Elza Seyidcahanın şeiri Kərkükdə dərc olundu: "Təyyarə ilə ora gedib, solo konsert verəcəm