Financial Times: "Britaniya 2023-cü ildə Ukraynaya 2,3 milyard funt-sterlinq hərbi yardım edəcək"
Böyük Britaniyanın Baş naziri Liz Trass BMT Baş Assambleyasında çıxışı zamanı 2023-cü ildə Ukraynaya hərbi yardım göndərilməsi planlarını açıqlayacaq.
KONKRET.az xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.
Bildirilib ki, London Kiyevə ən azı 2,3 milyard funt-sterlinq verməyi planlaşdırır.
Məlumata görə, Trass sentyabrın 19-da Kraliça Elizabethin dövlət dəfn mərasimində bir çox liderlə görüşüb. O, Baş nazir kimi xaricə ilk səfəri zamanı Nyu-Yorkda Ukraynaya dəstəyini elan etmək niyyətindədir. Səfər zamanı Trass ABŞ və Fransa prezidentləri ilə danışıqlar aparacaq.
Qeyd edək ki, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen sentyabrın ortalarında Kiyevə səfəri zamanı Ukraynaya lazım olan qədər kömək edəcəyinə söz verib.
İqbal Rzayev,
KONKRET.az
Xidmetler [newsid: 0-123300]

Formula-1: ikinci sərbəst yürüş başladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü
Ceyhun Bayramov İƏT toplantısında çıxış edib