Fitch: Azərbaycanda illik inflyasiya 4,5%-ə enəcək
"Fitch Ratings" beynəlxalq reytinq agentliyi bu il Azərbaycanda inflyasiyanın azalacağını proqnozlaşdırıb.
KONKRET.az bu barədə reytinq agentliyinə istinadən xəbər verir.
"Orta inflyasiya 2023-cü ildə 9%-ə qədər azalaraq Azərbaycanın əsas ticarət tərəfdaşlarına nisbətən güclü manat və beynəlxalq ərzaq qiymətlərinin aşağı düşməsi ilə dəstəklənib. Biz onun 2024-cü ildə 4,5%-ə qədər azalacağını proqnozlaşdırırıq ki, bu da proqnozlaşdırılan 4% "BB" mediandan bir qədər yuxarıdır. İllik inflyasiya Azərbaycan Mərkəzi Bankının hədəf diapazonuna (4%±2pps) daxil olduğu üçün mərkəzi bank noyabr ayından etibarən əsas siyasət faizini 125 faiz bəndi azaldaraq 7,75%-ə endirib"- agentliyin açıqlamasında qeyd edilib.
"Fitch" hesab edir ki, inflyasiyanın daha da yumşaldılmasının tempi və miqyası yüksək əmtəə qiymətləri və tələb tərəfi təzyiqləri ilə bağlı risklərdən, məsələn, maaşların güclü artımı və dövlət xərclərinin icrasından asılı olacaq.APA-Economics

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"1-ci Ailə Kuboku" baş tutdu - FOTOLAR