Flora Kərimova həkimi məhkəməyə verdi: Gözlərində problem yaranıb - AÇIQLAMA

Flora Kərimova həkimi məhkəməyə verdi: Gözlərində problem yaranıb - AÇIQLAMAFlora Kərimova həkimi məhkəməyə verdi: Gözlərində problem yaranıb - AÇIQLAMA
Xalq artisti Flora Kərimova məhkəməyə müraciət edib. 
Müğənni bu dəfə plastik cərrah və kök hüceyrə uzmanı Sevinc Heydərovaya qarşı mülki iş üzrə məhkəmədə iddia qaldırıb. 
Məhkəmə işlərinə hazırlıq iclası ötən gün Nəsimi Rayon Məhkəməsində baş tutub. 
F.Kərimovanın bu addımı atmasına səbəb S.Heydərovanın onu uğursuz əməliyyat etməsi iddiasıdır. Xalq artisti həkimin əməliyyatından sonra gözlərində problem yarandığını bildirib. 
Məhkəmə prosesi ilə bağlı Oxu.Az-a Xalq artistinin köməkçisi açıqlama verib. 
O bildirib ki, əməliyyatdan sonra Flora Kərimovanın gözlərində assimmetriya yaranıb:
"Həmçinin uğursuz əməliyyyatdan sonra ptoz, yəni yuxarı göz qapağının sallanması yaranıb. Tikişdən sonra göz qapaqlarının bir tərəfi sallanıb. Bunlar sonradan başqa problemlərə gətirib çıxarır. Məsələn, gözlər tez-tez sulanır".
Məsələ ilə bağlı qarşı tərəfin, həkim Sevinc Heydərovanın mövqeyini öyrənmək istəsək də, bu mümkün olmadı. Həkimin köməkçisi onun əməliyyatda olduğunu, daha sonra bizimlə əlaqə saxlayacağını söz versə də, telefon bağlantısı yaradılmayıb.
Qeyd edək ki, F.Kərimovanın qarşılaşdığı ptoz problemi tibdə yuxarı göz qapaqlarının sallanması və ya düşməsi kimi izah olunur. Sözügedən problemdən əziyyət çəkən xəstələr çəpgözlük, ikigörmə, gözün qıcıqlanması, gözün tam qapana bilməməsi, göz qapaqlarını açıq saxlamaq üçün daim gərginlikdən yorulma kimi çətinliklərlə üzləşirlər. Anadəngəlmə ptoza səbəb göz qapağını qaldıran əzələnin olmaması və ya inkişafdan geri qalmasıdır. Qazanılmış ptoza səbəb isə göz qapağını qaldıran əzələni innervasiya (bədənin və ya toxumanın qeyri- bərabər elementlərlə təchizi - red.) edən sinir liflərinin, gözün hərəki sinirinin insult, ensefalit, Horner sindromu nəticəsində iflicidir. 
Şəlalə Babayeva

Şou Biznes       Tarix: 24 fevral 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

5 milyonluq səhifəsini bağlamışdı - Səbəbini açıqladı

Həm karyerası, həm də şəxsi həyatı ilə hər zaman gündəmdə olan türkiyəli aktyor Kıvanç Tatlıtuğ təxminən 5 milyon izləyicisi olan instaqram hesabını niyə deaktiv etdiyini açıqlayıb. Türkiyə KİV xəbər verir ki, tədbirləri

Mauro İkardi Vanda Nara ilə rəsmən boşandı

Argentinalı futbolçu Mauro İkardi Vanda Nara ilə rəsmən boşandığını elan edib. Bu barədə hücumçu sosial şəbəkə hesablarında bəyan edin. İkardi Milan məhkəməsinin nikahın rəsmən ləğv edilməsi barədə qərar çıxardığını və 2024-c

Ceki Çan və Devid Bekhem Çində bir arada

Əfsanəvi aktyor Ceki Çan və dünyaca məşhur keçmiş futbolçu Devid Bekhem Makaoda keçirilən NBA Çin Oyunları çərçivəsində bir araya gəliblər. Məşhurlar basketbol qarşılaşmasını birlikdə izləyiblər. Ceki Çan tədbirdə basketbo

Rihanna övladları ilə - Fotolar

Məşhur müğənni Rihanna bir reklam çəkilişi üçün övladları ilə birlikdə eyni tərzdə geyinərək kamera qarşısına keçib. Müğənni həmin fotoşəkilləri özünün "Instagram" səhifəsində paylaşıb. Onlar "Savage X Fenty"

"Günaydın, Azərbaycan"dan getmə səbəbini açıqladı

Aparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkədə canlı yayım açaraq izləyicilərinin suallarını cavablandırıb. xəbər verir ki, aparıcı "Günaydın, Azərbaycan" verilişindən ayrılma səbəbini açıqlayıb. X.Hidayətqızı bildiri

Süni tənəffüs aparatına qoşuldu

Uzun müddətdir mədəaltı vəzi xərçəngi ilə mübarizə aparan 67 yaşlı türkiyəli musiqiçi Soner Olgun yenidən xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağırlaşan sənətçi süni tənəffüs aparatına qoşulub. Qeyd edək ki, Olgun ötən a

Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar

Gəncədə müğənni əməliyyatdan sonra ölüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə özəl klinikalardan birində baş verib. Belə ki, 1967-ci il təvəllüdlü Daşqın Eldarlı vəfat edib. İlkin məlumata görə, onu

P.Diddi həbsxanadan xəstəxanaya aparıldı

Amerikalı reper P.Diddi (əsl adı - Şon Kombs) başından aldığı xəsarətə görə saxlanıldığı həbsxanadan təcili olaraq xəstəxanaya aparılıb. Bu barədə TMZ nəşri Nyu-Cersi ştatındakı Fort-Diks federal cəzaçəkmə müəssisəsindək

Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu

Türkiyəli keçmiş model Deniz Akkayanın öz övladına xəsarət yetirməsi ilə bağlı keçirilən məhkəmə prosesi yekunlaşıb. Bu barədə "Hürriyet" qəzeti məlumat yayıb. Keçirilən məhkəmə iclasının yekun qərarına əsasən


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən son xəbərlər 2026 cəbhədən son xəbərlər maliyye xeberler bugun cəbhədən yeni xəbərlər