Fransa məktəblərində müsəlman geyimləri qadağan edilir
Fransa hakimiyyəti məktəblərdə əbayələrin – bədəni tamamilə örtən və paltarın üstündən geyilən müsəlman qadın paltarlarının geyinilməsini qadağan etmək niyyətindədir.
KONKRET.azxarici KİV-ə istinadla xəbər verir ki, bu barədə ölkənin milli təhsil və gənclərlə iş üzrə naziri Qabriel Attal bildirib.
"Respublikada məktəb dünyəvilik kimi möhkəm prinsiplər üzərində qurulub. Dünyəvilik məktəb vasitəsilə özünü azad etmək azadlığıdır. Sinif otağına girəndə şagirdlərin dinini sadəcə onlara baxmaqla müəyyən edə bilməməlisən", – deyən nazir gələn həftə məktəb rəhbərləri ilə bu qadağanın necə həyata keçiriləcəyini müzakirə edəcəyini söyləyib.
Qeyd edək ki, 2004-cü il martın 15-dən Fransanın təhsil müəssisələrində dini rəmzləri və ya dini inancları simvolizə edən geyimlər qadağan olunub. O vaxtdan bəri ölkədə müsəlman geyiminə qadağa qoyulması ilə bağlı müzakirələr müntəzəm olaraq qızışıb və bu geyimin təhsil müəssisəsinin girişində çıxarılması tələb olunur.

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Ərdoğan sabah Qarabağa gəlir
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında
Şahbuza qar yağır
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO
Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ