Fransa riyakar planı işə salır: Paris erməniləri silahlandırmağa başlayacaq
Fransa Ermənistandakı səfirliyinə yeni hərbi attaşe təyin etmək qərarına gəlib.
Caliber.az-ın əldə etdiyi etibarlı məlumatlara görə, bir müddət əvvəl Fransanın "Intelligence Online" nəşrinin yaydığı məlumat öz təsdiqini tapıb.
Bildirilib ki, bu addım ilk dəfə 2022-ci ilin sentyabrında Ermənistan Respublikasının müdafiə naziri Suren Papikyanın Fransaya səfəri zamanı yüksək səviyyədə müzakirə edilib və hazırda faktiki olaraq rəsmiləşdirilir.
Yeni hərbi attaşe Fransanın ölümcül silahlarının Ermənistana tədarükünə nəzarət edəcək.
Qeyd olunur ki, Parisin Ermənistana öldürücü silahların tədarükü ilə bağlı hərbi-siyasi qərarına əsas dəstəyi şəxsən Fransa Prezidenti Emmanuel Makron verib.
Beləliklə, Aİ-nin aparıcı ölkələrindən biri regiona öldürücü silahların verilməsindən imtina etmək kimi ənənəvi ümumavropa siyasətini kobud şəkildə pozur, bununla da regiondakı hərbi balansa Ermənistanın xeyrinə təsir göstərməyə çalışır.
Nəşr yaxın vaxtlarda Fransanın Ermənistana hansı növ silahlar verməyi planlaşdırdığını açıqlayacağını qeyd edib. / azxeber.com

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi