Fransa ukraynalı qaçqınlarla bağlı QƏRAR VERDİ
"Müharibə başlayandan sonra Fransaya gələn ukraynalı qaçqınlar daimi mənzillə təmin olunacaqlar".
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bunu Fransanın Baş naziri Elizabet Born deyib.
O, uzunmüddətli perspektivdə ukraynalı qaçqınları qəbul etmək üçün hökumətə müvafiq göstəriş verəcəyini açıqlayıb.
Baş nazirin sözlərinə görə, hazırda Fransada 100 minə yaxın ukraynalı qaçqın var, 20 min məktəbli yerli təhsil müəssisələrinə qəbul olunub.
Fransa Daxili İşlər Nazirliyindən bildirilib ki, ölkə ukraynalı qaçqınların yerləşdirilməsi üçün təxminən 500 milyon avro xərcləyib.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məlumatına görə, müharibə başlayandan bəri Ukraynadan Avropa ölkələrinə 8,08 milyon qaçqın gəlib. Avropa İttifaqı (Aİ) onları ən azı 2024-cü ilin martına qədər qəbul edəcəyinə söz verib.
İqbal Rzayev,
KONKRET.az

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir