Fransa və Hindistan Ermənistanı silahlandırmaqda davam edir - Azərbaycan hansı addımları atmalıdır?

Fransa və Hindistan Ermənistanı silahlandırmaqda davam edir - Azərbaycan hansı addımları atmalıdır?Xəbər verdiyimiz kimi, İrəvan və Paris Fransanın CAESAR özüyeriyən silahlarının tədarükünə dair müqavilə imzalayıblar.
Bu da o deməkdir ki, Fransa Ermənistanı silahlandırmaqda davam edəcək.
Bundan əlavə, Ermənistan Hindistandan da yeni özünü müdafiə sistemləri almağı planlaşdırır.
Bəs, Fransanın və Hindistanın bu cür siyasət yeritməsi Azərbaycanı hansı addımları atmağa vadar edə bilər?
Məsələ ilə bağlı azxeber.com-a açıqlama verən Milli Məclisin deputatı Arzu Nağıyev bildirib ki, Ermənistanla Fransa arasında hərbi müqavilə məsələsi yeni bir hadisə deyil:
Fransa və Hindistan Ermənistanı silahlandırmaqda davam edir - Azərbaycan hansı addımları atmalıdır?"Ümumiyyətlə, Ermənistanla Fransa arasında hərbi müqavilə məsələsi yeni bir məqam deyil. Vaxtiylə onlar sərhədə vizual kəşfiyyatçılar göndərəndə də, həmin silahlıları müxtəlif texnikayla təchiz etmək üçün özüyeriyən piyada döyüş maşınlarını göndərdilər. İndi də nəyin bahasına olursa olsun, regionda özlərinin qalmasını təmin etmək üçün mütləq şəkildə digər silahlarla da təmin etmək istiqamətində addımlar atırlar. Onlar bilirlər ki, Ermənistan ərazisində Rusiyanın hərbi bazası var. Lakin buna alternativ olaraq silahlı qüvvələr yaradılması yönündə addımlar atırlar".
Deputat hesab edir ki, Fransanın əsas məqsəd və məramı Cənubi Qafqazda sülhün bərqərar olmasına mane olmaqdır:
"Əsas məram və məqsəd Cənubi Qafqaz regionunda qalmaq, buradakı silahlı münaqişələrdə iştirak etmək, sülhün bərqərar olmasına mane olmaq, eyni zamanda Rusiyanı regiondan çıxarmaqdır. Fransanın əsas məkrli siyasətinin məqsədi bundan ibarətdir. Həm Türkiyəyə, həm Azərbaycana, həm də Rusiyaya qarşı onların atdığı çirkin addımlar bunlardır. Bu cür hallar, müqavilələr, istəklər dəfələrlə olub. Çünki 2020-ci ildəki 44 günlük Vətən Müharibəsindən sonra Fransanın iqtisadi-siyasi, hərbi baxımdan Qarabağda çox itkiləri olub. Daha doğrusu, öz keçmiş nüfuzunu itirib. İndi həmin nüfuzu bərpa etmək üçün Ermənistandan bir vasitə kimi istifadə edərək güclənməyə çalışırlar. Bundan öncə, bildiyiniz kimi, Ermənistan Hindistanla da müəyyən hərbi müqavilələr imzalamışdı. Qısaca, bu proseslər davam edəcəkdir. Məlum məsələdir ki, Gürcüstan da fiaskoya uğrayıb. Fransa bu gün nəyin bahasına olursa olsun, birmənalı şəkildə məhz Ermənistandan istifadə etməyə çalışır. Maraqlı məsələ də odur ki, bu boyda NATO-nun üzvü olan Fransa kimi dövlət İranın sərhədçilərinə silah-sursat yığır. Buna baxmayaraq, İran susur".
A. Nağıyev bildirib ki, Azərbaycan Fransanın istənilən təzyiqinə, döyüş anonsuna hazırdır:
"Düşünürəm ki, bu məsələlər məhz Fransanın Avropadakı son seçkilərdə məğlubiyyəti, digər məsələlərdə də əsas istiqamət kimi götürülür. Yəni, bu proseslər Azərbaycana qarşı istifadə edilərkən məqsədi açıqca hamıya məlumdur. Lakin biz onların istənilən təzyiqinə, döyüş anonsuna hərtərəfli hazırıq. Suverenliyimizi, ərazi bütövlüyümüzü daim qorumağa qadirik".
Mövzu ilə əlaqədar azxeber.com-a danışan politoloq İlyas Hüseynov bildirib ki, Fransa və Ermənistan arasında əməkdaşlığın genişlənməsi regional təhlükəsizlik üçün təhdid yaradır:
Fransa və Hindistan Ermənistanı silahlandırmaqda davam edir - Azərbaycan hansı addımları atmalıdır?"Fransa və Ermənistan arasında təhlükəsizlik sahəsində əməkdaşlığın genişlənməsi regional təhlükəsizlik üçün təhdid törədir. Fransanın CAESAR özüyeriyən silahlarının tədarükü həm də rəsmi Parisin öz geosiyasi ambisiyalarını regionda daha artırmqa məqsədindən irəli gəlir. Nəzərə almaq lazımdır ki, bu gün Bakı və İrəvan arasında dialoq nəticəsində bütün problemlərin həllinə şərait yaradılır. Qazaxın 4 kəndinin Azərbaycan dövlətinə qaytarılması COP-29 tədbirinin keçirilməsi ilə bağlı ümumi fəaliyyət və Azərbaycanın namizədliyinin dəstəklənməsi şübhəsiz ki, Azərbaycan və Ermənistan arasında dialoq nəticəsində mümkün olmuşdur.
Makron adminstrasiyası isə əfsuslar olsun ki, bütün bu razılıqların üzərindən xətt çəkmək rolunu tutur. Ermənistana hərbi dəstəyin göstərilməsi davam etdirilir. Ermənistanın müdafiə naziri Suren Papikyanın da Fransaya səfəri çərçivəsində xüsusi razılıqların əldə olunması şübhəsiz ki, regional təhlükəsizlik nöqtəyi-nəzərindən bir sıra təhdidləri formalaşdırır. Azərbaycan da bütün baş verən proseslərə öz reaksiyasını bildirir. Artıq prezidentin köməkçisi səviyyəsində ilkin reaksiya özünü göstərib".
Siyasi şərhçi qeyd edib ki, Azərbaycan Ermənistanın xarici dövlətlər tərəfindən silahlandırılmasına susmayacaq:
"Əgər biz görsək ki, Fransa çox kritik həddə Ermənistanı silahlandırır, biz buna susmayacayıq və düşünürəm ki, çox adekvat bir cavab olacaqdır. Fransa bilərəkdən bu eskalasiya yolunu tutur. Bu da tamamilə yolverilməzdir. Çünki Cənubi Qafqazda sülhə, sabitliyə və təhlükəsizliyə "5-ci respublika" böyük əngəllər yaratmaqdadır".
Mikayıl Mirzəzadə
Yazı Medianın İnkişafı Agentliyinin "Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlara əməkdaşlığının inkişaf etdirilməsi" mövzusunda dərc edilib.
Fransa və Hindistan Ermənistanı silahlandırmaqda davam edir - Azərbaycan hansı addımları atmalıdır?

Siyasi       Tarix: 20 iyun 2024
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Rusiya və Azərbaycan mühüm addıma hazırlaşır – Görüşün detalları açıqlandı

Rusiya və Azərbaycan arasında münasibətlərin gələcək istiqamətləri ilə bağlı Moskvada mühüm diplomatik təmas baş tutub. xəbər verir ki, tərəflər qarşıdakı təmasların qrafikini dəqiqləşdiriblər. Rusiya xarici işlər nazirini

Politoloq: "Azərbaycan TDT-ni strateji əməkdaşlıq mexanizmi kimi nəzərdən keçirir

Sentyabrın 17-də Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib. Görüş zamanı TDT-nin beynəlxalq nüfuzunun artırılması, enerji və nəqliyyat layihələrini

Karapetyanın ev dustaqlığı daha iki ay uzadıldı

Ermənistanın Korrupsiya ilə Mübarizə Məhkəməsi Ermənistanın müxalif "Güclü Ermənistan" partiyasının lideri, tanınmış iş adamı Samvel Karapetyanın ev dustaqlığı müddətini iki ay uzadıb. xarici KİV-ə istinadən xəbə

Zelenskidən Kremlə TƏKLİF: Siyahını masaya qoyun

Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, enerji sazişi çərçivəsində Rusiya Ukrayna ordusunun zərbə endirməyəcəyi obyektlərin siyahısını "masaya qoymalıdır". xəbər verir ki, "CBS News"a müsahib

Alen Simonyan Moskvadan soruşdu: "Baza mövzusunu kim qaldırıb?"

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan deyib ki, Gümrüdəki Rusiya 102-ci hərbi bazasının mövzusunu İrəvan qaldırmayıb. Ermənistan KİV-inə istinadən xəbər verir ki, jurnalistlərə açıqlamasında Simonyan bildiri

"Gəncəsər və Xudavəng kimi abidələr...' - Deputat

"Tarixi saxtalaşdırmağın ən təhlükəli forması tarixi yenidən yazmaq deyil, onun daş yaddaşına müdaxilə etməkdir. Qarabağdakı xristian dini-mədəni irsi ətrafında illər boyu aparılan mübahisələr də göstərir ki, məsəl

Qarabağdakı antiterror əməliyyatından 3 il ötür

Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən üç il ötür. xəbər verir ki, lokal xarakterli antiterror tədbirlərindən bir neçə ay əvvəl Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahl

Ölkələrimizdə əhalinin artması prosesi müşahidə olunur' - Prezident

"Əlbəttə ki, ölkələrimizin əhalisinin gənc və demoqrafik vəziyyətin müsbət olması da üstünlükdür. Çünki bir çox ölkələrdə əhalinin sürətlə azaldığını görürük". xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-y

Gürcüstan Azərbaycana yeni səfir təyin etdi

Giorgi Zakaraşvili Gürcüstanın Azərbaycandakı yeni səfiri təyin olunub. Bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən bildirilib. Giorgi Zakaraşvili 2021-ci ildən Gürcüstanın Ukraynadakı səfiri və GUAM-dakı daimi nümayəndəs


yeni xeberler son xeberler azerbaycan xeberleri xeberler bu qun son xəbər sonxeber.az en sonxeber