Fransada Şuşaya həsr edilmiş tədbir keçirildi
Fransanın paytaxtı Parisdə Şuşanın azad olunmasının ildönümünə həsr edilmiş tədbir keçirilib.
Publika.az xəbər verir ki, tədbir Azərbaycanın bu ölkədəki Səfirliyinin təşkilatçılığı ilə Parisin mərkəzi inzibati ərazilərindən olan 8-ci rayonda baş tutub. Tədbirdə Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, respublikamızın YUNESKO-dakı daimi nümayəndəsi Elman Abdullayev, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, incəsənər adamları və digər şəxslər iştirak ediblər.
Tədbirdə çıxış edən Rəhman Mustafayev Azərbaycanın mədəniyyət paytaxtı, ölkəmizin musiqi beşiyi olan Şuşanın xalqımız üçün dəyərindən danışıb, onun azad olunmasının beynəlxalq hüququn bərpa olunması, haqq-ədalətin öz yerini tapması kimi rəmzi mənaları haqqında qonaqlara məlumat verib. Səfir Şuşanın azad olunması yolunda canını fəda vermiş igid əsgərlərimizin xatirəsini dərin ehtiramla yad edib.
R.Mustafayev münaqişədən sonrakı mərhələdə sülhün yaradılmasının vacibliyinə toxunub. Azərbaycanın sülh naminə, bundan sonra tarixdə olduğu kimi Qarabağda müxtəlif millətlərin, o cümlədən azərbaycanlıların, kürdlərin, yəhudilərin, rusların və digər xalqların sülh şəraitində birgə yaşaya bilmələri naminə səylərini bundan sonra daha da artıracağını bildirib.
Tədbir azərbaycanlı pianoçu, bəstəkar, cazmen İsfar Sarabskinin ifasında caz musiqisindən ibarət konsert proqramı ilə

Neft yenidən ucuzlaşdı
ABŞ-nin F-16 qırıcısı qəzaya düşdü
Hüseyn əməliyyat olundu - Foto
Bu tarixdə Bakıda qaranlıq olacaq
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasına qatıldı
TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa
BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
Bəhlul Mustafazadə yenə əməliyyat olundu
Avropa Liqası: daha 9 oyun baş tutacaq
Karapetyanın ev dustaqlığı daha iki ay uzadıldı
Ağdamda toyda dava: Xəsarət alan var
Bakıda küçədə meyit tapıldı
Zelenskidən önəmli açıqlama: İkinci həmlə edildi
Beş dövlət Xəzər dənizi ilə bağlı yeni qərar verdi
Elza Seyidcahanın şeiri Kərkükdə dərc olundu: "Təyyarə ilə ora gedib, solo konsert verəcəm