Fransada Xan qızına görə etiraz aksiyası keçirilir
Fransada azərbaycanlı şair Xan qızı Xurşidbanu Natəvanın heykəlinə qarşı törədilmiş vandalizm aktına cavab olaraq, Azərbaycan və türk icmalarının üzvləri bu gün Evianda etiraz aksiyası keçirirlər.
KONKRET.az xəbər verir ki, Azərbaycan icmasının üzvləri aksiyanın keçirilməsi üçün yerli hakimiyyət orqanlarından icazə alıb və hüquq-mühafizə orqanları aksiya zamanı təhlükəsizliyi təmin edirlər.
Fransadakı Azərbaycan icması tərəfindən təşkil olunan etiraz aksiyasında Xurşidbanu Natəvanın irsinin qorunmasına, Eviandakı "Azərbaycan bağı"nın adının bərpasına, ədəbiyyatda, eləcə də qadın azadlığında böyük rolu olan X. Natəvanın xatirəsini ehtiramla anmağa və onun irsinin qorunub saxlanması üçün həmrəyliyə çağırışlar edilib.
Etirazçılar "Natəvanın mədəni irsini qoruyaq!", "Azərbaycan bağının adının bərpasını tələb edirik!", "Görkəmli Azərbaycan şairi Xurşidbanu Natəvanın irsini müdafiə edək!", "Natəvanın ədəbiyyatda və qadın davasında oynadığı rola hörmətlə yanaşaq!", "Natəvan irsinin, mədəni irsin qorunub saxlanması üçün birləşək!" kimi şüarlar səsləndiriblər.
Qeyd edək ki, 2017-ci ildə İsmayıllı və Evian şəhərlərinin qardaşlaşmasından sonra Azərbaycanın Evian-le Bən şəhərinə hədiyyəsi olaraq "Azərbaycan bağı"nda ucaldılmış heykələ qarşı vandalizm aktı təkcə azərbaycanlıları deyil, yerli ictimaiyyəti də narahat edib.

Gənc iş adamı toyda qəfil öldü - Foto
Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"
Bir neçə cinayətə görə axtarışda olan 74 yaşlı qadın həbs edildi
İran ordusunun zabiti öldürüldü
KTMT-də iştirak etməkdə maraqlı deyilik - Paşinyan
Oğlu öldürülən qadın gəlinini bağışladı, məhkəmə cəzasını azaltdı
Ağır məğlubiyyət: Respublikaçılar Trampdan siyasi kursunu dəyişməyi tələb edir
Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?
Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident
Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu
Azərbaycan Hava Yolları gələcəyin texniki mütəxəssislərini yetişdirir - FOTOLAR
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
39 yaşlı kişi evində ölü tapıldı
Mingəçevirdə yük maşını bataqlıqda batdı