Fransalı hüquqşünaslar Ağdamda gördüklərindən dəhşətə gəldilər

Fransalı hüquqşünaslar Ağdamda gördüklərindən dəhşətə gəldilərFransalı hüquqşünaslar Ağdamda gördüklərindən dəhşətə gəldilər
Fransalı hüquqşünaslar Ağdam rayonuna səfər edib.
APA-nın məlumatına görə, fransalı hüquqşünas Yassine Yakouti bildirib ki, tarixi abidələrin vandalizmə məruz qaldığını gözləri ilə görüblər:
"Biz bura gəldik və görürük ki, həqiqətən Azərbaycan torpaqlarında nələr baş verib. Yaxşı ki, Azərbaycan beynəlxalq hüquq çərçivəsində ona məxsus olan torpaqlarını geri qaytarıb. Biz vəkilik və bizim üçün əsas odur ki, beynəlxalq hüquq həmişə bərqərar olsun".
O, BMT və ATƏT-in Minsk Qrupunun prosesdə iştirakının vacibliyini diqqətə çatdırıb: 
"Göstərmək vacibdir ki, bu, çox mürəkkəb məsələdir və iki tərəf arasında həll oluna bilməz. Hər kəsə xatırlatmaq vacibdir ki, sülhə qanuni vasitələrlə nail olunmalıdır.
Bir zamanlar böyük bir şəhərin belə dağıdılmasını görmək dəhşətlidir. Biz çox dağıntılar gördük burada, məsələn, bu məscidin deqradasiyası... Bütün bunlar çox üzücüdür. Bu şəhər heç Dağlıq Qarabağın bir hissəsi olmayıb, lakin Ermənistan qüvvələri tərəfindən ilhaq edilib. Bütün bunlar ağırdır. Bildiyiniz kimi, bu məsələlər hüquqi yanaşma tələb edir.  Azərbaycanın sərhədlərinə hörmət olunmalıdır".
Digər fransalı hüquqşünas, xanım Elise Arfinin sözlərinə görə, burda olmaqları çox vacibdir:
"Azərbaycanın Fransadakı səfirliyi bu müharibənin reallığını və dağıntının həcmini göstərmişdi. Bizim bura səfərimizin məqsədi həm də rəsmi fikirləri, mövqeni öyrənməkdir. Ümid edirik ki, səfərimiz həm də azərbaycanlılar üçün səmərəli olacaq".
O, Fransanın aparıcı ölkə kimi neytral olmasının, bir tərəfi məmnun etmək yerinə, hər iki tərəfin mövqeyinə baxmasının vacibliyini bildirib:
"Fransa da bu müharibənin reallığını görməlidir. Burada gördüklərimiz çox üzücüdür, bu dağıntıları görmək çox ağırdır. Düşünəndə ki, bu şəhərdə, burada insanlar yaşayıb və bu müharibə onlara nələr edib, çox ağırdır".
Xanım hüquqşünas qeyd edib ki, bunları öz gözü ilə görmək çox vacib məqamdır: "Biz bunların hamısını öz gözümüzlə görürük və ola bilsin ki, Fransada formalaşmış rəyə biz hansısa töhfə verə bilərik. Mənim fikrimcə, avropalılar bizim kimi buralara gəlməli, hər şeyi öz gözləri ilə görməli və başa düşməlidir ki, əslində, vəziyyət nə yerdədir". /oxu.az

Siyasi       Tarix: 23 aprel 2021
f Paylaş

Oxşar xəbərlər

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". Bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-c

Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 27-də Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar. xəbər verir ki, dövlətimizin başçısı Zəfər abidəsinin önünə əkli

27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi

27 Sentyabr – Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edildiyi gündür. Azərbaycan Prezidenti

Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Qarabağ Azərbaycan torpağıdır və əbədi olaraq belə də qalacaq. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə 27 sentyabr - Anım Günü ilə bağlı X-da paylaşımında bildirib. "Anım Günü münasibətilə Qarabağ

Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti

FIA prezidenti Məhəmməd bin Sulayem Bakı Şəhər Halqasının (BŞH) unikal atmosferindən və fərqli xüsusiyyətlərindən danışıb. Bakı Şəhər Halqasından bildirilib ki, o, Bakıya səfərindən çox məmnun olduğunu söyləyib. "Bak

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı ölkəmizin beynəlxalq əhəmiyyətli nüfuzl

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunu

Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibi Raffaella Culiani ilə görüş keçirib. xəbər verir ki, Raffaella Culiani görüşdə Azərbaycan nümayənd

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda


azerbaycan xeberleri yeni xeberler son xeberler valyuta bugun xeberler şou biznes xəbərləri cəbhədən son dəqiqə