"Fransanın Azərbaycan əleyhinə qətnamələrinin icrası mümkün deyil" – Rusiyalı ekspertlərdən AÇIQLAMA

Ötən həftə Fransa Senatı Azərbaycan əleyhinə qətnamə qəbul edib. Bu sənəd Fransa Senatının Azərbaycana qarşı qəbul etdiyi ilk qətnamə deyil. Oxşar qətnamə Azərbaycanın 2020-ci ildə İkinci Qarabağ müharibəsində qələbəsindən sonra da qəbul edilmişdi. Fransa prezidentinin xeyir-duası ilə qəbul edilən belə sənədlərin isə ölkəmizə hər hansı təsiri yoxdur.
Məsələyə xarici ekspertlərin də yanaşması maraqlıdır. Rusiya Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət İdarəçilik Akademiyasının Sosial Elmlər İnstitutunun dosenti İqor İqnatçenko hesab edir ki, Fransa Senatının bu addımı atmasında Fransadakı erməni diasporunun böyük rolu var:
"Əvvəlki qətnamə 2022-ci ilin noyabrında qəbul edilib və heç bir ciddi nəticəsi olmayıb. Fransa hökuməti öz Senatının tövsiyyələrinə əməl etməyib və Azərbaycana qarşı sanksiyalar tətbiq olunmayıb. Düşünürəm ki, bu dəfə də əhəmiyyətli bir şey olmayacaq. Bununla belə, Makronun prezidentliyi dövründə Parisin bütün xarici siyasət kursu Ermənistanı dəstəkləməkdən ibarətdir".
İqnatçenko əlavə edib ki, Fransa hökuməti erməni lobbisinin təsiri altında Azərbaycana qarşı hücumlarını  davam keçirəcək.
Cənubi Qafqaz üzrə rusiyalı ekspert Konstantin Tasitsin isə bildirib ki, bu, Fransa qanunverici orqanının növbəti qətnaməsidir: "Həmin sənədlərin birində "Qarabağın müstəqilliyinin" tanınması tələbi də var idi. Lakin o zaman Fransanın icra hakimiyyəti, xüsusən də Xarici İşlər Nazirliyi bunun Parisin siyasətinə uyğun olmadığını bildirmişdi. Çox güman ki, bu dəfə də eyni ssenari davam edəcək".
Ekspert bildirib ki, Fransanın Cənubi Qafqazda ciddi maraqları yoxdur: "Onun hərəkətləri daxili motivasiya ilə idarə olunur. Fransız deputatlar icrası məcburi olmayan qətnamələr qəbul etməklə növbəti seçkilərdə erməni diasporunun dəstəyini qazanmağa ümid edirlər. Hazırkı rəhbərliyin mövqeyi daha balanslı və praqmatikdir. Çətin ki, o, Azərbaycanla münasibətlərin tamamilə kəsilməsinə razı olsun", – deyə Tasits bildirib.
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 22 yanvar 2024
f Paylaş

Oxşar xəbərlər

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,

İlham Əliyevdən həmkarına təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsin

Məhəmməd bin Salman Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. KONKRET.azxəbər verir ki, təbrik məktubunda deyilir:

Ərdoğan sabah Qarabağa gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək. Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran məluma

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərl

XİN: 8 Noyabr xalqın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın mill

Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"

ABŞ senatoru Ted Kruz Texas ştatında Demokratlar Partiyasının qazandığı tarixi qələbələri şərh edərək bildirib ki, seçicilərin bir hissəsi qəzəb və narazılıq səbəbindən Respublikaçılara səs verməyib. O, Texasın yenidən Respublikaçıları

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd


azerbaycan xeberleri yeni xeberler son xeberler xeber qarabag axsam.az xeberler iqtisadiyyat xeberleri bugun