"Fransızlara Ukraynada döyüşməyi qadağan edə bilmərik"
Fransanın müdafiə naziri Sebastyan Lekornyu Ukraynada fransalı muzdluların döyüşməsi barədə məlumatı "Rusiyanın informasiya müharibəsinin" bir hissəsi adlandırıb.
KONKRET.az xəbər verir ki, Lekornyu bu barədə "LCI" telekanalına danışıb.
O, bununla belə, Ukraynada Fransa vətəndaşlarının döyüşdüyünü etiraf edib: "Ukraynada ölkənin forması altında döyüşməyə yollanan mülki fransızlar var. Biz onlara bunu qadağan edə bilmərik, biz demokratik ölkəyik. Həmin şəxslər Fransa Silahlı Qüvvələri ilə əlaqəli deyil, Fransa hərbi formasını geyinmirlər və bizim hərbi institutlarımızla bağlı deyillər".
Lekornyu Fransanın Ukraynaya hərbi dəstəyini davam etdirmək niyyətində olduğunu da vurğulayıb.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi yanvarın 17-si Xarkovda xarici muzdlu döyüşçülərin yerləşdiyi obyektə zərbə endirildiyini açıqlayıb. Həmin muzdluların əsas hissəsini fransız döyüşçülərin təşkil etdiyi bildirilib. Nazirliyin məlumatına görə, zərbə nəticəsində 60-dan çox muzdlu ölüb, daha 20 nəfər isə xəstəxanaya yerləşdirilib. Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova fransalı səfirin nazirliyə çağırıldığını açıqlayıb. Səfir yanvarın 19-u nazirliyə gedib.Qafqazinfo

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər
Gənc iş adamı toyda qəfil öldü - Foto
Bir neçə cinayətə görə axtarışda olan 74 yaşlı qadın həbs edildi
İran ordusunun zabiti öldürüldü
KTMT-də iştirak etməkdə maraqlı deyilik - Paşinyan
Oğlu öldürülən qadın gəlinini bağışladı, məhkəmə cəzasını azaltdı
Ağır məğlubiyyət: Respublikaçılar Trampdan siyasi kursunu dəyişməyi tələb edir
Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?
Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu
Azərbaycan Hava Yolları gələcəyin texniki mütəxəssislərini yetişdirir - FOTOLAR
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
39 yaşlı kişi evində ölü tapıldı
Mingəçevirdə yük maşını bataqlıqda batdı