"Freedom House"un növbəti qərəzi – Qurumun Azərbaycan düşmənçiliyi bitmək bilmir

"Freedom House"un növbəti hesabatı bu qurumun öz ampluasında olduğunu növbəti dəfə göstərdi.
"World Freedom 2024" hesabatında Azadlıq İndeksinin dünyada getdikcə azaldığından sitəm edən beynəlxalq təşkilat heç cür anlamır ki, onların mövqeyi artıq Azərbaycanda ciddi qəbul olunmur. Buna isə beynəlxalq təşkilatın dövlətimizə olan qərəzli münasibəti səbəb olub.
Gəlin xatırlayaq, "Freedom House" ölkəmizlə və xalqımızla bağlı nələrə susub?
Ermənistandan və Qarabağdan 1 milyona yaxın azərbaycanlının vəhşicəsinə qovulmasına;
1 milyona yaxın azərbaycanlının yaşamaq hüququnun kobudcasına tapdanmasına;
Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 ilə yaxın dövrdə işğal olunmasına;
Ermənistan tərəfindən torpaqlarımızın kütləvi şəkildə minalandırılmasına;
Ağdamın, Füzulinin, Zəngilanın, Cəbrayılın yer üzündən silinməsinə;
İşğal olunmuş Azərbaycan torpaqlarında xalqımızın milli-mədəni, tarixi və dini abidələrinin dağıdılmasına;
Xocalı şəhərində etnik mənsubiyyətinə görə Azərbaycan vətəndaşlarının kütləvi şəkildə və amansızcasına qətlə yetirilməsinə, doğulmamış uşaqların hamilə analarının qarnından yarılıb çıxarılaraq parça-parça edilməsinə, valideynlərin övladlarının, övladların valideynlərin gözü qarşısında qətlə yetirilməsinə;
44 günlük müharibə dövründə cəbhə xəttindən kənarda yerləşən Gəncənin, Bərdənin, Mingəçevirin və digər şəhərlərimizin bombardman edilməsi nəticəsində dinc insanların – qadınların, uşaqların, gənclərin, ahılların evlərində, küçədə öldürülməsinə;
Azərbaycan əsgərlərinin Ermənistana əsir düşərkən işgəncələrə məruz qalmasına və sair.
İndi "Freedom Haus" xalqımıza qarşı bəşəri cinayətlər törədən, işğala haqq qazandıran Ermənistanı demokratik ölkə hesab edir. Azərbaycanı müharibəyə sürükləyən, Gəncənin, Bərdənin bombardman edilməsi əmrini verən, rəqiblərini həbsxanaya atdıran "demokrat" Paşinyanın Rusiyadan uzaqlaşmağa çalışdığını böyük qəhrəmanlıq kimi qələmə verməyə çalışır.
Amma ermənilərin havadarları Rusiya, İran və Fransanın bütün həngaməli cəhdlərinə baxmayaraq, öz ölkəsinin ərazi bütövlüyünü, suverenliyini tam bərpa edən, ölkəmizdə separatizmin kökünü kəsən, xalqımızın təhlükəsizliyini təmin etməyə çalışan, divan tutulmuş torpaqlarımızın minalardan təmizlənməsinə çalışan, əhalimizi qaçqınlıq bəlasından qurtaran, Cənubi Qafqaz bölgəsində sülhün bərqərar olmasına çalışan, mürəkkəb durumlarında Gürcüstana, Ukraynaya yardımlar edən Azərbaycanı qeyri-azad ölkə adlandırır.
Sən demə, Azərbaycanın Dağlıq Qarabağa qarşı hərbi əməliyyatları, Laçın dəhlizinin blokadaya alınması və yerli ermənilərin Qarabağı könüllü tərk etməsi dünyada sülh indeksinin aşağı düşməsinin səbəblərindən biri imiş.
"Frredom House" lap Jozep Borrell kimi iddia edir ki, Azərbaycan rəhbərliyi artıq sərhədləri pozulmuş Ermənistana genişmiqyaslı təcavüz həyata keçirə bilər.
Deməli, "Fridom House"un Azərbaycan kimi sivil və müstəqil ölkəni ən azad olmayan Cənubi Sudan, Türkmənistan, Eritreya, Şimali Koreya, Ekvatorial Qvineya, Mərkəzi Afrika Respublikası, Tacikistan, Əfqanıstan, Belarus, Səudiyyə Ərəbistanı, Somali, Çin, Myanma və Yəmənin cərgəsinə qoşması ilk növbədə dövlətimizə və xalqımıza həqarətdir.
Odur ki, belə həqarətli münasibətə hamılıqla etiraz etməliyik. Türklər demişkən, "hadı ordan".
Xatirə SADİQ,
KONKRET.az

Siyasi       Tarix: 02 mart 2024
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

"Blumberq" agentliyinin məlumatına görə, Rusiyanın Ukraynaya qarşı başladığı müharibə Moskvanın ənənəvi tərəfdaşlarından biri olan Hindistan üçün böyük qazanc mənbəyinə çevrilib. Yeni Dehli bir tərəfdən Rusiyada

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını

Prezident İlham Əliyev: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

Yeni salınan kəndlər, şəhərlər, köçkünlərin doğma torpaqlara qayıtması – yəni biz bu məsələlərlə məşğuluq və deyə bilərəm ki, bütün Azərbaycan xalqı bu fikirlə yaşayır. KONKRET.azxəbər verir ki, bu barədə Prezident İlha

Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın paytaxtı Astanada "Aqaba Prosesi" çərçivəsində keçirilmiş görüşdə iştirak edib. Bu barədə -a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məluma

Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:. "Zati-aliləri,

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. xəbər verir ki, Cəbrayıl, Qubadlı v

Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?

İstanbulun ən bahalı rayonlarından biri olan Beyoğlunda daşınmaz əmlakın kütləvi şəkildə satışa çıxarılması nə ilə bağlıdır? Türkiyə regionda dəyişən geosiyasi vəziyyətdən necə yararlanır?. – Burada, İstanbulda hər şey saki

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c

Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?

"Donald Trampın partiyasının aralıq seçkilərdə məğlub olması ABŞ-nin İrana qarşı siyasətində siyasi parçalanmanı dərinləşdirə və qərar qəbuletmə imkanlarını zəiflədə bilər. Bununla belə, bu, Vaşinqtonun İran siyasətind


son xeberler yeni xeberler azerbaycan xeberleri sou xeberler ən son xəbər valyuta mezenesi en son xeberler bu gun