G7 Əfqanıstan üçün təcili toplanır
"Əfqanıstana sabitlik gətirmək istəyən hər kəslə birgə çalışacağıq".
Publika.az xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden Əfqanıstandakı son vəziyyətdən danışarkən deyib.
"Bir neçə gündə Boris Conson, Angela Merkel, Emmanuel Makronla danışdım. Hamımız G7-nin önümüzdəki həftə təcili toplanmasına qərar verdik.
Əfqanıstan mövzusunda birgə yanaşma müəyyənləşdirəcəyik. Beynəlxalq ictimaiyyətlə işləmək üçün necə bir yol izləyəcəyimizi də danışdıq. Taliban üzərində beynəlxalq təzyiqi necə təşkil edərik, bunu da müzakirə etdik.
Keçən həftə ürəyimizi ağrıdan görüntülərə şahid olduq. Burada qorxmaları çox normaldır, məyus olublar, gələcəklə bağlı heç bir fikirləri yoxdur. Hərbçilərimizin apardıqları əməliyyat çox çətin və təhlükəlidir.
Digər amerikalıları, əfqan müttəfiqlərimizi, birgə müttəfiqlərimizi xilas etmək üçün çalışırıq", – ABŞ Prezidenti qeyd edib.

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək