G7 liderləri Ukrayna ilə bağlı bəyanat yaydı
G7 liderləri Ukraynaya təhlükəsizlik, iqtisadi və humanitar dəstəyi davam etdirməyə, Rusiyaya təzyiqləri artırmağa və Avropada və dünyada azadlığın qələbəsi üçün birləşməyə söz verən birgə bəyanat yayıblar.
KONKRET.az xəbər verir ki, bəyanatın mətni Ağ Evin rəsmi saytında dərc edilib.
"Bu, Putinin iqtisadiyyatının əsas arteriyasına ağır zərbə vuracaq və onu müharibəni maliyyələşdirmək üçün lazım olan gəlirdən məhrum edəcək. G7 həmçinin qalıq yanacaqlardan asılılığı azaltmaq üçün səylərimizi gücləndirərkən sabit qlobal enerji təchizatını təmin etmək üçün birgə işləmək öhdəliyi götürdü", – bəyanatda vurğulanır.
Qeyd edilir ki, G7 qalıq yanacaqlardan qlobal asılılığın azaldılması tempini sürətləndirməyə hazırlaşır. G7-yə üzv ölkələr qeyd edib ki, "təmiz enerji" yanaşması iqlim dəyişikliyi ilə mübarizə konsepsiyasına uyğundur.
G7 ölkələrinin liderləri həmçinin Ukraynada Rusiyanın qələbəsinin qarşısını almaq niyyətlərini açıqlayıblar. "Böyük Yeddilik" və Ukrayna belə çətin anda və bu ölkənin demokratik, firavan gələcəyini təmin etmək istəyi ilə birləşib. Biz Prezident (Vladimir) Putinin Ukraynaya qarşı müharibədə qalib gəlməsinin qarşısını almaq əzmi ilə birləşmişik", – bəyanatda deyilir.

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib
İran nüvə silahına sahib ola bilməz
Azərbaycanda Anım Günüdür
Tovuzda yolu keçmək istəyən iki məktəblini avtomobil vurdu
Elnarə Abdullayeva nənə olacaq
İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb
Prezidentlə ailəsinin Formula 1-dən - Fotoları
2%-dək endirimlə kreditlərini bir ünvanda cəmlə
Gömrüklə bağlı mühüm məqam: Pulu kim verir?
"O, hələ də çox təhlükəlidir" - "Sabah"ın futbolçusu
Bakıda foruma qatılanların aktivləri 30 trilyon dollardır
Azərbaycanda investorlar üçün maraq doğuran məqamlar - Prezident açıqladı
ÜDM-in 70 faizdən çoxu... - Prezident açıqladı
Dünənki məğlubiyyətdən sonra istefa verdi
Bədəniniz necə qocalır? - Bunu müəyyən etmək üçün 4 sadə test