"Gedişatı dəyişmək üçün hər şey edəcəklər" - Rəşad Sadıqov
"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının 1-ci təsnifat mərhələsində "Torpedo" (Kutaisi) ilə keçiriləcək cavab oyunu barədə fikirlərini bölüşüb.
KONKRET.az xəbər verir ki, o, mətbuat konfransında rəqibin güclü komanda olduğunu bildirib:
"Bizi təcrübəli və adlı-sanlı klubla oyun gözləyir. İlk matçdan sonra üstünlüyümüz var. Rəqibin keyfiyyətli heyəti, təcrübəli baş məşqçisi və güclü azarkeş dəstəyi var. Onlar avrokuboklarda kifayət qədər təcrübəyə malikdirlər. Sabah qarşıdurmanın gedişatını dəyişmək üçün əllərindən gələni edəcəklər. Biz buna hazırıq. Maraqlı 90 dəqiqə olacaq. Ümid edirəm ki, növbəti mərhələyə əsas vaxtda yüksələcəyik".
Mütəxəssis komandasının ilk oyundan daha yaxşı çıxış etməli olduğunu vurğulayıb:
"İstərdim ki, fiziki baxımdan ilk oyundan daha yaxşı vəziyyətdə olaq. Mövsümün ilk rəsmi matçı həmişə çətin keçir. Bilirik ki, rəqib sabah daha yaxşı oynayacaq. Növbəti mərhələyə yüksəlmək istəyiriksə, həm fiziki, həm də taktiki baxımdan daha keyfiyyətli oyun göstərməliyik. Optimal fiziki formaya çatmaq üçün isə 3-4 rəsmi oyun keçirmək lazımdır".
Rəşad Sadıqov Azərbaycan Premyer Liqasındakı hədəflərindən də danışıb:
"Transfer pəncərəsinin bağlanmasına hələ 45-50 gün var. Hamımız "Qarabağ"ın və "Sabah"ın hansı səviyyədə olduğunu bilirik. "Turan Tovuz" ötən mövsüm uğurlu çıxış etdi və transfer bazarında da fəaldır. "Neftçi"nin bu ilin əvvəlindən göstərdiyi inkişaf da göz qabağındadır. Bu dörd komandanın yeni mövsümdə iddialı olacağını anlayırıq. Biz isə medal uğrunda mübarizə aparacaq beşinci komanda olmaq istəyirik. Bunun üçün uğurlu transfer dövrü keçirməliyik. Eyni zamanda "Sumqayıt", "Araz-Naxçıvan" və "Qəbələ"ni də hesabdan silmək olmaz". (qol.az)
Xidmetler [newsid: 0-123300]

Bu, Makronun mövqeyini zəiflətdi – Politiko
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
İdeal dövləti necə qurmaq olar?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA