Gələcək zəfərlərimizin rəhni

Gələcək zəfərlərimizin rəhniMir Mustafa Xan Talışinskinin nəticəsi, uzman dr. Aydın Talışinski Azərbaycan Prezidenti İlham Əliyevə məktubla müraciət edib. Müraciətin mətnini təqdim edirik.
Hörmətli cənab Prezident!
Səbirsizliklə gözlədiyimiz 7 fevral prezident seçkilərində Sizə birmənalı dəstəyimizi özümün və ailəmin adından bildirmək istəyirəm.
Sizin rəhbərlik etdiyiniz 20 ildə Azərbaycan möhtəşəm uğurlara və zəngin nailiyyətlərlə irəliləyib. Bu illər monolit Azərbaycan xalqını formalaşdıran bütün etnosların həyatında silsilə qələbələrlə zəngin, hər sahədə, hər peşədə, cəmiyyətin bütün istiqamətlərində yüksəliş və tərəqqi illəri olub. Məhz Siz ordumuzu və ümumən xalqımızı Dəmir Yumruqda birləşdirərək Qarabağda şah əsərinizə imza atdınız. Azərbaycanı işğala məruz qalmış ölkədən Zəfər ölkəsinə çevirdiniz, yüz minlərlə məcburi köçkünün Vətən qəribçiliyinə son qoydunuz, ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa edərək Qalib Prezident, Müzəffər Ali Baş Komandan kimi adınızı Azərbaycan tarixinə qızıl hərflərlə yazdınız. Dövlətimizin siyasi, iqtisadi və hərbi qüdrəti ilə geniş bir bölgədə, habelə həm Türk, həm də İslam dünyasında söz sahibi olması, xaricdə artan nüfuzu ilə qürur duyuruq.
Zati-aliləri!
Bütün bunlara görə Sizə, Sizin fenomenal liderlik və sərkərdəlik  məharətinizə, idarəçilik bacarığınıza, əzm və cəsarətinizə, möhkəm siyasi iradənizə borcluyuq. Fürsətdən istifadə edərək mənim dövlət xətti ilə xaricdə dünyanın qabaqcıl universitetlərində 12 il ən müasir tibb təhsili almağıma görə Ulu öndərimizə və Sizə sonsuz minnətdarlığımı bildirirəm. Bu etimadınızı doğruldaraq ixtisasım olan LOR cərrahiyyəsi sahəsində keçirilən ümumdünya müsabiqəsində elmi araştırmamın nəticələrin təqdim edib birincilik əldə etdim, bayrağımızı ucaldaraq Vətənə qayıtdım. Hazırda respublikamızda fəaliyyətimi davam etdirərək, vətəndaşların və xarici qonaqların sağlamlığının qorunmasında, şəhid ailələri və qazilərin müraciətlərinə yüksək həssaslıqla yanaşılmasında həkim kimi əlimdən gələni əsirgəmirəm.
Sizin seçki kampaniyanızda rəsmi təşviqat qrupunun üzvü olaraq böyük coşqu ilə iştirak edirəm. Sizin çoxşaxəli fəaliyyətinizi, misilsiz xidmətlərinizi, açıqladığınız planları yaradıcı formada çıxışlar etməklə hər gün yüzlərlə seçiciyə çatdıraraq, Sizə vəfa borcumu, həm də vətəndaşlıq borcumu yerinə yetirməyə çalışıram.
Azərbaycan bu gün tarixinin ən şanlı dövrünü yaşayır, ölkəmizin qarşısında yeni üfüqlər və imkanlar açılıb. Əminəm ki, Azərbaycan xalqı müstəqilliyini bərpa etdikdən sonra ilk dəfə bütün respublika ərazisində keçirilən seçkilərdə bu yeni dövrə, yeni uğurlara öz xeyir-duasını verəcək.
Möhtərəm cənab Prezident!
Siz bütün dünya azərbaycanlılarının birlik rəmzisiniz, sadəcə 31 dekabrda deyil, ümumən və daima bütün azərbaycanlıların öndəri, sevimli fatehisiniz, eyni zamanda gələcək zəfərlərimizin rəhnisiniz. Düşünürəm ki, tarixi və coğrafi Azərbaycanın əzəli və avtoxton xalqı, yəni hər bir azərbaycanlı - hamımız, harada yaşamağımızdan, hansı etnosa mənsub olmağımızdan asılı olmayaraq, sizin liderliyinizdə sıx birliyimizi qoruyub saxlamalıyıq. Bu çərcivədə, 20-yə yaxın tarixi Azərbaycan xanlıqlarının nümayəndələri olan bizlərin də həmrəy və məqsədyönlü şəkildə mesaj verməyimiz örnək olardı: bütün dünyaya göstərməliyik ki, zamanında babalarımızın arasında nifaq salan, bizi parçalayan və işğal edən güclər artıq suyu bulandırıb balıq tuta bilməyəcəklər, onların geopolitik iştahaları qursaqlarında qalacaq. Çünki bu gün bizi - 50 milyona yaxın dünya azərbaycanlılarını birləşdirən İlham Heydər oğlu Əliyev kimi dəyərimiz, müdrik rəhbərimiz və şanlı sərkərdəmiz var. Şübhə yoxdur ki, bundan sonra da dövlətimiz Sizin başçılığınızla yeni zirvələr fəth edəcək, qalib xalqımız Sizin öndərliyinizlə yeni qələbələrin sevincini yaşayacaqdır.
Bütöv Azərbaycan xalqının rifahı naminə, dünyada ədalətli sülhün bərqərar olunması uğrunda məsuliyyətli və şərəfli ali dövləti fəaliyyətinizdə Sizə tükənməz enerji, möhkəm cansağlığı, yeni qalibiyyətlər arzu edirəm.
Dərin hörmətlə,
Uzman Dr. Aydın Talışinski,
Mir Mustafa Xan Talışinskinin nəticəsi / azxeber.com

Siyasi       Tarix: 05 fevral 2024
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

ABŞ tarixində ilk müsəlman senator seçildi – Abdul Əl-Səyyid Mayk Rocersi məğlub etdi

ABŞ tarixində ilk dəfə müsəlman siyasətçi Senata seçilib. KONKRET.azxəbər verir ki, demokrat namizəd, 42 yaşlı Abdul Əl-Səyyid Miçiqan ştatından senator seçkilərində respublikaçı Mayk Rocersi məğlub edərək tarixə düşüb. Misi

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İtaliyanın xarici işlər naziri Antonio Tayani noyabrın sonunda Azərbaycana səfər edəcək. KONKRET.azxəbər verir ki, bu barədə Report-a diplomatik mənbə bildirib. Məlumata görə, XİN rəhbəri səfər çərçivəsində Azərbaycanın rəsm

Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək. xəbər verir ki, -ın əldə etdiyi məlumata görə, səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr - Zəfər Günü münasibətilə keçiriləcək bayra

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini

Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?

İstanbulun ən bahalı rayonlarından biri olan Beyoğlunda daşınmaz əmlakın kütləvi şəkildə satışa çıxarılması nə ilə bağlıdır? Türkiyə regionda dəyişən geosiyasi vəziyyətdən necə yararlanır?. – Burada, İstanbulda hər şey saki

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Hindistan "Pinaka" raket artilleriyası proqramını genişmiqyaslı şəkildə genişləndirməyə doğru irəliləyir. Hazırda təxminən 400 raketin tədarük prosesi həyata keçirilir. -a istinadən xəbər verir ki, bu barədə "İndia

Hacıyevin Ermənistana səfəri ilə bağlı suala Mirzoyanın cavabı

Ermənistan xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistana səfəri barədə danışıb. KONKRET. -a istinadla xəbər verir ki, bu barədə Ermənistan parlamentind

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını


son xeberler azerbaycan xeberleri yeni xeberler son xabarlar bugun xeberler idman xeberleri son xəbər