Gələcəkdə "e-Tabib" vasitəsilə həkim qəbuluna yazılmaq mümkün olacaq

Gələcəkdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən "e-Tabib" mobil tətbiqinin təqdimat mərasimi keçirilib.
KONKRET.az xəbər verir ki, məqsəd "e-Tabib" mobil tətbiqinin vətəndaşlar üçün təqdim etdiyi geniş xidmət növləri haqqında ictimaiyyəti məlumatlandırmaq olub.
Tədbirdə media və vətəndaş cəmiyyətinin nümayəndələri, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası, AzInTelecom" MMC-nin və digər qurumların nümayəndələri iştirak ediblər.
Agentliyin İnformasiya Texnologiyaları və İnnovasiyalar İdarəsinin rəhbəri Ramil Mehdiyev iştirakçıları salamlayaraq tədbiri açıq elan edib: "İnternetdən istifadənin əhatə dairəsinin genişlənməsi rəqəmsal texnologiyaların inkişafına yol açır. Rəqəmsallaşma məlumatların elektronlaşdırılmasına xidmət edən, məlumatların kağız daşıyıcılarında istifadəsini və saxlanılmasını tədricən minimallaşdıran və ya ümumiyyətlə ləğv edilməsini təmin edən prosesdir. Ölkəmizdə rəqəmsal texnologiyaların üstünlüyü nəzərə alınır və bu istiqamətdə müvafiq dövlət qurumları tərəfindən önəmli addımlar atılır. Agentik olaraq rəqəmsal texnologiyanın inkişafı istiqamətində görülən tədbirlərdən biri də "e-Tabib" mobil tətbiqinin yeni versiyada istifadəyə verilməsidir. Mobil tətbiqin yeni versiyasının yaradılmasında məqsəd istifadəçilərin aldıqları tibbi xidmətlərin nəticələrini elektron qaydada izləmələrini daha rahat və çevik etməkdir. Ümidvarıq ki, təkmilləşdirilmiş versiya əhalinin tətbiqdən istifadəsini, şəxsi məlumatları ilə tanışlığı asanlaşdırmağa xidmət edəcək".
Daha sonra Agentliyin İnformasiya Texnologiyaları və İnnovasiyalar İdarəsinin Məlumatların təhlili və mübadiləsi şöbəsinin müdiri Nicat Kərimov mobil tətbiq barədə qonaqlara ətraflı məlumat verib. Onun sözlərinə görə, mobil tətbiqin yeni versiyası daha funksionaldır. Əvvəlki versiya yalnız COVID-19 infeksiyası ilə əlaqəli idisə, təkmilləşdirilmiş yeni versiyadakı funksiyalar vətəndaşların vaxt itkisinin qarşısını almağa, onlara göstərilən tibbi xidmətlərin tarixçəsini izləmələrinə imkan yaradır: "Vətəndaşlar mobil tətbiq vasitəsilə tibb müəssisələrinə müraciətləri, qoyulan diaqnozlar, müayinə və laborator analiz nəticələri, tibbi arayışlar və göndərişlər vərəqəsi ilə onlayn qaydada tanış ola biləcəklər. Bütün sadalanan sənədlər mobil tətbiqdə "Şəxsi məlumatlarım" bölməsində əks olunur. Bununla yanaşı, göstərilən xidmətlərin keyfiyyətinin ölçülməsi, vətəndaşların məmnunluğunun öyrənilməsi məqsədilə mobil tətbiq vasitəsilə xidmət göstərən tibb müəssisəsinin və tibb işçisinin fəaliyyətini qiymətləndirmək mümkün olacaq".
"e-Tabib" istifadəçiləri "Faydalı məlumatlar" bölməsindən TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrini tətbiqdəki xəritə üzərindən görə bilər, ən yaxın olan tibb müəssisəsini seçərək mobil telefonlarında olan naviqasiya tətbiqləri ilə əlaqələndirə bilərlər. Əlavə olaraq, Xidmətlər Zərfi ilə təminata alınan tibbi xidmətlərlə, Milli peyvənd təqvimi, ən çox verilən suallarla tanış ola bilərlər. Əgər axtarılan sualın cavabı siyahıda yoxdursa əlaqə bölməsinə daxil olaraq yeni sual yaradıb müraciət göndərilə bilər. Eləcə də mobil tətbiq vətəndaşlara ərizə, təklif və şikayətlərini göndərmələri üçün imkan yaradır.
N.Kərimov mobil tətbiqlə bağlı gələcək planlar barədə də açıqlama verib: "Mobil tətbiqin təkmilləşdirilməsi, əhaliyə təqdim olunan tibbi xidmətlərin elektronlaşdırılması prioritet məqsədlərimizdəndir. Gələcək planlarımızda həkim qəbuluna yazılmaq üçün randevu modulunun tətbiqi nəzərdə tutulur".
Sonda şöbə müdiri iştirakçıların suallarını cavablandırıb. Həmçinin tədbir zamanı iştirakçılar Quba Rayon Mərkəzi Xəstəxanasından dəvət olunmuş ixtisaslı həkimlər tərəfindən tibbi müayinələrə cəlb olunublar. İştirakçılara göstərilən tibbi xidmətlərlə bağlı məlumatlar "e-tabib" mobil tətbiqində əks olunub.
Qeyd edək ki, mobil tətbiqə 2 üsulla daxil olmaq mümkündür: ASAN Login və mobil nömrə ilə. ASAN Login ilə daxil olduqda tətbiqdəki bütün məlumatlarla tanış olmaq mümkündür. Mobil nömrə vasitəsilə daxil olduqda isə yalnız COVID-19 və faydalı məlumatları görmək mümkündür.//Qafqazinfo

Sağlamlıq       Tarix: 15 mart 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Bakını bürüyən uçan qarışqalar xəstəlik yayır?

Paytaxt ərazisində son günlər qanadlı qarışqaların sayında nəzərəçarpacaq artım müşahidə edilir. milliaz-a istinadla xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan videolarda çoxlu sayda həşəratın xüsusilə işıq mənbələrini

COVID-19-dan ölənlərin sayı 7 milyonu keçdi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, indiyədək dünya üzrə COVID-19-dan ölənlərin sayı 7 milyon 115 min 86 nəfərə çatıb. KONKRET.aztrend-ə istinadən xəbər verir ki, ÜST-nin məlumatına əsasən, qlobal miqyasd

Oturaq həyat tərzi sürənlərə XƏBƏRDARLIQ: Bu, sizi təhlükədən qoruyacaq

Uzun müddət oturaq vəziyyətdə qalmaq sağlamlıq üçün ciddi risklər yarada bilər. Xüsusilə hərəkətsiz həyat tərzi keçirən insanlarda dərin venaların trombozu kimi ürək-damar problemlərinin yaranma riski artır. Damar cərrah

Qızılca ilə bağlı son vəziyyət açıqlandı

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. KONKRET.azxəbər verir ki

Bədəniniz necə qocalır? - Bunu müəyyən etmək üçün 4 sadə test

Yaş artdıqca bədənimiz bir çox hərəkəti əvvəlkindən bir qədər yavaş yerinə yetirir: gündəlik gəzintilərimiz qısalır, dözümlülük azalır, beynimiz isə əvvəlki kimi iti olmur. Bu, insanların əksəriyyətinin yaşadığı ümumi prosesdir

Yayda ən çox 3-4 dəfə kabab yeyə bilərsiniz - SƏBƏB

Əti açıq odda qızartmaqla kabab şəklində yemək orqanizmə zərərlidir. Ona görə də kababı yayda ən çox üç dəfə – ayda bir dəfə yesəniz, sağlamlığınıza zərər verməz. KONKRET. -a istinadən xəbər verir ki, bu fikri Perm Mill

Samuxda kütləvi zəhərlənmə

Samux rayonunda qidadan kütləvi zəhərlənmə hadisəsi baş verib. teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb. İlkin məlumata əsasən, zəhərlənmə əlamətləri ilə beş nəfər Gəncədə Abbas Səhhə

Bu meyvələr diabet yaradır? - Həkimdən XƏBƏRDARLIQ

Yay aylarında ərik, gilas, çiyələk, qarpız kimi mövsümi meyvələrə maraq artır. Lakin insanlar arasında geniş yayılmış fikirlərdən biri də şirin meyvələrin həddindən artıq istehlakının şəkər xəstəliyinə səbəb olması ilə bağlıdır

Yüksək hərarət, qusma, bağırsaq pozğunluğu: Dünyadakı dəhşətli virus Azərbaycana da çatır?

İtaliyada Ebola virusuna yoluxma ilə bağlı iki ehtimal olunan hal qeydə alınıb. KONKRET.azxəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Məlumata görə, humanitar təşkilatlarda çalışan bir kişi və bi


son xeberler yeni xeberler azerbaycan xeberleri maraqlı xəbərlər sonxəbərlər xeberler azerbaycan bugunun xeberleri