Gələn il maaşlar nə qədər artacaq?
Gələn il büdcədən maliyyələşən təşkilatlarda maaşların ödənilməsi üçün nə qədər vəsaitin xərclənəcəyi məlum olub.
KONKRET.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Maliyyə Nazirliyi 2024-cü ilin dövlət büdcəsinin xərclərinin iqtisadi təsnifat üzrə bölgüsünü açıqlayıb. Sənəddə qeyd edilib ki, növbəti ildə dövlət bücəsindən əməyin ödənişi üzrə 9 milyard 7,2 milyon manatın xərclənməsi nəzərdə tutulur.
Bəs, 2024-cü ildə maaşlar nə qədər arta bilər?
Qeyd edilən göstərici hansı sahələrdə nə qədər əməkhaqqı artımlarının olacağını təfərrüatı ilə deməyə imkan verməsə də, müəyyən təsəvvür yaratmağa imkan verir. Belə ki, gələn il əməyin ödənilməsi xərclərinə yönəldiləcək vəsaitin məbləği cari ilin müvafiq göstəricinə nisbətən, cəmi 510 milyon manat və ya 6 faiz çoxdur. Hərçənd ki, bu il üçün nəzərdə tutulan əməyin ödənilməsi fondu 8 milyard 497,2 milyon manatdır ki, bu da ötən il bu istiqamətdə xərclənən vəsaitdən 1 milyard 31,5 milyon manat çoxdur. Başqa sözlə, 2024-cü ildə əməkhaqlarının artırılması üçün nəzərdə tutulan vəsait 2023-cü ildəkindən 2 dəfə azdır.
Qeyd etmək lazımdır ki, 2022-ci ildə minimum əməkhaqqı 20 faiz artırılaraq 250 manatdan 300 manata, 2023-cü ildə isə 15 faiz artırılaraq 300 manatdan 345 manata yüksəlib. Bu artımlar özündən əvvəlki illərdəki inflyasiya göstəricilərinə əsasən reallaşmışdı. Belə ki, 2021-ci ildə orta illik inflyasiya 6,7 faiz olsa da, illik inflyasiya 12 faiz təşkil etmişdi. 2022-ci ildə isə orta illik inflyasiya 13,9 faiz olmuşdu.
2021-ci və 2022-ci illərdəki ikirəqəmli inflyasiya 2023-cü ildə birrəqəmli ilə əvəz olunmaqla əhalinin gəlirlərinin, o cümlədən əməkhaqlarının artımından əhəmiyyətli dərəcədə geridədir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatında muzdla çalışanların məvacibləri 2022-ci ilin eyni dövrü ilə müqayisədə 11,3 faiz artıb. Həmçinin yanvar-sentyabr aylarında əhalinin gəlirləri 13,8 faiz çoxalıb. Bu dövrdə orta illik inflyasiya 11,7 faiz, illik inflyasiya isə 8 faiz olub. Yanvar-sentyabr aylarında isə inflyasiya tempi azalaraq orta illik inflyasiya 10,9 faizə, illik inflyasiya 5,1 faizə enib. Bir sözlə, gəlirlərin artım tempi inflyasiyanı üstələməkdədir və ilin sonuna doğru getdikcə fərqin daha da artacağı istisna deyil.
2024-cü ildə isə orta illik inflyasiyanın 5,2 faiz olacağı proqnozlaşdırılır. Düzdür, ötən il də 2023-cü ildə inflyasiyanın 6,9 faiz olacağı proqnozlaşdırılmışdı. Lakin sonradan inflyasiyanın ilə ikirəqəmli göstərici ilə başlaması fonunda proqnoz rəqəmi da əvvəlcə 10,6 faizə, daha sonra isə 9,5 faizə dəyişdirildi. Eləcə də ötən il cari ildə orta aylıq əməkhaqqının inflyasiya səviyyəsinə yaxın – 7,1 faiz artacağı proqlaşdırılsa da, yanvar-avqust aylarının yekununda bu göstərici faktiki olaraq 11,3 faizə yüksəlib (Bu rəqəmə özəl sektorda əməkhaqlarının leqallaşdırılmasının da təsir etdiyi istisna deyil).
Bu baxımdan gələn il orta aylıq əməkhaqqının cari ildəki göstəriciyə nisbətən 5,4 faiz artacağının proqnozlaşdırılması hələ yekun demək deyil. Bu mənada əməkhaqlarının aşağı olduğu sahələrdə, həmçinin işğaldan azad edilmiş ərazilərdə çalışanların məvaciblərinin artırılacağını təxmin etmək olar. Bundan başqa, müvafiq qiymətləndirmədən uğurla keçən müəllimləri də əməkhaqları artacaq şəxslərin sırasına əlavə etmək olar.
Lakin istənilən halda, 2024-cü ildə böyük əməkhaqqı artımı gözlənilməsə də, cari ilin sonu və növbəti ilin əvvəlində baş verə biləcək iqtisadi proseslərın artımla bağlı planları dəyişdirməsi mümkündür.
Turlar.az [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"Qarabağ"ın sabiq futbolçusu istefa verdi