Gələn ilin büdcəsində nələr dəyişir - DETALLAR

Gələn ilin büdcəsində nələr dəyişir - DETALLAR"Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında" qanun layihəsində daxili dəyişiklik edilib.
KONKRET.az xəbər verir ki, qanun layihəsinə edilən daxili dəyişiklikləri Maliyyə naziri Samir Şərifov təqdim edib.
"Cənab Prezidentin fərmanı ilə Dövlət Su Ehtiyatları Agentliyinin Əsasnaməsi təsdiq olunub. Həmin əsasnaməyə görə, Su və Meliorasiya Elmi-Tədqiqat İnstitutunun inşası, fəaliyyəti üçün dövlət sifarişi əsasında tələb olunan 7,3 milyon manat vəsait agentliyin əsas fəaliyyəti üçün kənd təsərrüfatı xərc bölməsində nəzərdə tutulmuş vəsaitdən 507,1 milyon manat vəsait həmin maddə üzrə dövlət büdcəsində öz əksini tapmışdı. Həmin vəsaitin 7,3 milyon manatının azaldılması və müvafiq olaraq həmin vəsaitin elm xərcləri bölməsinə yönəldilməsi təklif olunur.
Eyni zamanda 7,8 maddədə mənzil və kommunal təsərrüfat bölməsi üzrə 364 milyon 783 min 119 manat rəqəmi 367 milyon 83 min 119 manat rəqəmi ilə əvəz ediləcək, 7.9-cu maddədə kənd təsərrüfatı bölməsi üzrə 1 milyard 109 milyon 893 min 587 manat rəqəmi, 1 milyard 102 milyon 593 min 587 manat rəqəmi ilə əvəz ediləcək, 7.10-cu maddəsimndə ətraf mühitin mühafizəsi bölməsi üzrə 376 milyon 822 min 901 manat rəqəmi , 376 milyon 872 min 901 manat rəqəmi ilə əvəz ediləcək, 7.12-ci maddədə əsas bölməyə aid edilməyən xərclər bölməsi üzrə 1 milyard 392 milyon 674 min 201 manat rəqəmi, 1 milyard 390 milyon 324 min 201 manat rəqəmi ilə əvəz ediləcək. Bu qanun layihəsində ediləcək dəyişikliklərə aiddir.
Bununla yanaşı, 2024-cü ilin dövlət büdcəsindən Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə, eləcə də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə də vəsait ayrılacaq.
Bunun üçün büdcədən nazirliyin aparatının saxlanılmasına çəkilən xərclər 15 milyon manat azaldılacaq və yeni yaradılmış dövlət agentliklərinə yönəldiləcək".
Bundan başqa, nazir deyib ki, gələn il Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin aparatının saxlanılmasına büdcədən 5,9 milyon manat, yeni yaradılmış Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin aparatının saxlanılmasına isə 3,6 milyon manat xərclənəcək:
"Bu vəsaitlərin ehtiyat vəsait hesabına tənzimlənməsini təklif edirik. Dövlət Su Ehtiyatları Agentliyinin tərkibində Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin yaradılması ilə digər orqanlarımızda oxşar funksiyaları olan strukturlar ləğv edilir. Həmin strukturların xərcləri də azaldılaraq bu agentliyin maliyyə təminatında nəzərə alınır".

Sosial       Tarix: 01 dekabr 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Soyuqdəymənin ilk əlamətləri zamanı bunları edin

Soyuqdəymənin ilk əlamətləri hiss olunan kimi xəstəliyi "ayaqüstə" keçirməyə çalışmaq məsləhət görülmür. Mütəxəssislər bu mərhələdə evdə qalmağı, istirahət etməyi və vəziyyət pisləşərsə həkimə müraciət etməyi tövsiy

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Azərbaycanda toylar üçün yeni təklif - 2 saat, maksimum 100 nəfər

Toy mərasimlərinin ailə büdcəsinə yaratdığı maliyyə yükünün azaldılması üçün mərasimlərin müddəti və iştirakçı sayı ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi təklif olunur. Sosioloq Hüseyn İbrahimov yeni sabah-a açıqlamasınd

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət


son xeberler yeni xeberler azerbaycan xeberleri sonxabar sonxəbər bu gune olan xeberler valyuta mezennesi