Gənc güləşçimiz Avropa çempionu oldu
Almaniyanın Dortmund şəhərində keçirilən gənc güləşçilərin Avropa çempionatına yekun vurulub.
Publika.az xəbər verir ki, yunan-Roma güləşçimiz Nihat Məmmədli (60 kq) ilk görüşdə erməni rəqibinə gücünü göstərib. N.Məmmədli daha sonra yerli pəhləvanı sonuncu xal prinsipinə əsasən üstələyərək yarımfinala yüksəlib. Finalın bir addımlığında Rusiya güləşçisi ilə gərgin idman mübarizəsi şəraitində keçən görüşdən məğlub ayrılan təmsilçimiz iyulun 4-də bürünc medal uğrunda görüşə çıxıb və belaruslu rəqibinə qalib gəlib.
Çempionatda 67 kiloqram çəki dərəcəsində mübarizə aparan Həsrət Cəfərov səkkizdəbir finalda Macarıstan güləşçisini cəmi 1 dəqiqə 35 saniyəyə xalçadan məyus yola salıb. H.Cəfərov Bolqarıstan idmançısını da vaxtından əvvəl yolundan kənarlaşdırıb və adını yarımfinala yazdırıb. Gürcüstan güləşçisi ilə qarşılaşmanın əvvəlindən sonunadək dominantlıq edən təmsilçimiz finala vəsiqə qazanıb. Həmyerlimiz iyulun 4-də baş tutan həlledici görüşdə elə ilk hissədə Türkiyə idmançısına tam üstünlüklə qalib gələrək Avropa çempionu olub.
Millimizin üzvü Xasay Həsənli (72 kq) Çexiya idmançısına elə ilk hissədə qalib gələrək yarışa inamlı start verib. Həmyerlimiz səkkizdəbir finalda rumıniyalı rəqibinin kürəyini yerə sıxıb. Ancaq X.Həsənli dörddəbir finalda gürcü həmkarı ilə bacarmayıb. Rəqib finala yüksəldiyi üçün təmsilçimiz iyulun 4-də təsəlliverici görüşə çıxıb və Belarus təmsilçisinə heç bir şans tanımayıb. Güləşçimiz Xorvatiyadan olan rəqibini "tuşe" ilə üstələyərək bürünc medalı boynundan asıb.

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Qızılın qiyməti kəskin ucuzlaşdı
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
İnfantino Samir Şərifov və Rövşən Nəcəf bir arada