Gənc jurnalistin yardıma ehtiyacı var - FOTO
Kəskin leykoz xəstəliyindən əziyyət çəkən gənc jurnalist Şəfiqə Nazimqızının müalicəsi üçün maddi yardıma ehtiyacı var.
KONKRET.az-a bu barədə o özü məlumat verib və əməliyyatı üçün 50 min dollar pul lazım olduğunu deyib:
"Həyatımın ən gözəl çağında, 5 illik həsrətdən sonra dünyaya gələcək övladımı qucağıma alacağım günlərin tam sonunda kəskin leykoz xəstəsi olduğum aşkarlanıb. Yüksək həyati risklə övladım doğulub, onu xəstəxanada ailə üzvlərimizə tapşırıb yoldaşımla Türkiyəyə müalicəyə getmişəm. Avqustun 1-dən sentyabrın 13-dək yoldaşımla mənim iş yerimiz, Global Media Qrupun maddi dəstəyi ilə Anadolu xəstəxanasında müalicə, kimyaterapiyalar almışam. Tam sağalmağım üçün ilik nəqli lazımdı. Xoşbəxtlikdən qardaşım donor kimi uyğun gəlib və oktyabrın 4-10 arasında transplantasiya həyata keçirilməlidir. Onun üçün maddi imkanımız yoxdur və təxminən 50 min dollardan çox pul lazımdır.
Allahdan ümid kəsilməz deyiblər, bu pulun yığılmasında yardımsevər insanların köməyinə ehtiyacımız var. Məbləğ böyük görünür, lakin dama-dama göl olar deyiblər. Qızımı özüm böyütmək istəyirəm, inşallah, bir gün sağalmağımla bağlı status paylaşacağıma inanıram. Allah yardım edən hər kəsin ürəyinə görə versin".
Yardım etmək istəyənlər üçün kart hesabı:
4127 2141 2198 9898



Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
40 yaşlı kişinin evindən meyiti tapıldı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
Necla Uyqur vəfat etdi
Elvin Əlizadəyə yüksək vəzifə verildi
Laçın sakini Ağcabədidə gölməçədə boğularaq ölüb
Güllünü öldürən doğma qızına bu cəza verildi
Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
Orta Dəhlizdən yaşıl enerjiyə: Bakı ilə Mərkəzi Asiya arasında yeni əməkdaşlıq mərhələsi
Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
İlham Mayılov vəfat etdi
Türkiyə millisi baş məşqçisi ilə yollarını ayırdı