Gənc müəllimlərin forumu keçirildi, Prezidentə dəstək bəyanatı qəbul olundu

Gənc müəllimlərin forumu keçirildi, Prezidentə dəstək bəyanatı qəbul olunduAzərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) təşkilatçılığı ilə "Milli təhsilimizin gələcəyi, gənc müəllim – fəal vətəndaş" mövzusunda keçirilən forumda Prezident İlham Əliyevə dəstək ifadə olunub.
KONKRET.az xəbər verir ki, bəyanatı Vətən müharibəsi iştirakçısı, gənc müəllim İdris Abıyev səsləndirib.
Bəyanatda gənc müəllimlərin milli təhsilin inkişafına böyük töhfələr vermiş, müstəqil Azərbaycanın sosial-iqtisadi tərəqqisi və dünya birliyində layiqli yer tutmasını təmin etmiş ölkə başçısı İlham Əliyevin siyasi kursunu dəstəklədikləri vurğulanıb.
"Azərbaycan Prezidenti İlham Əliyev hər zaman müəllimlərə diqqət və qayğı göstərmiş, təhsil sahəsində həyata keçirilmiş islahatları, eləcə də bu prosesdə müəllimlərin əməyini yüksək qiymətləndirib, təhsil sistemi və təhsilverənlər qarşısında bir sıra mühüm vəzifələr qoymuşdur. Məhz bu qayğı nəticəsində son illərdə müəllimlərin fəaliyyətinin stimullaşdırılması sahəsində ciddi uğurlar əldə edilmiş, onların əməkhaqqısı əhəmiyyətli şəkildə artırılıb. Həyata keçirilən kompleks tədbirlər sayəsində müəllimlik peşəsinə maraq artıb, müəllim nüfuzu yüksəlib.
Forum xalqımızın və dövlətimizin həyatında fövqəladə əhəmiyyətə malik olan Prezident seçkiləri ərəfəsində keçirilir. Biz, gənc müəllimlər bəyan edirik ki, milli təhsilimizin inkişafına böyük töhfələr vermiş, müstəqil Azərbaycanın sosial-iqtisadi inkişafını və dünya birliyində layiqli yer tutmasını təmin etmiş İlham Əliyevin siyasi kursunu dəstəkləyirik", – bəyanatda qeyd olunub.
Eyni zamanda 600 müəllimin iştirak etdiyi forumda AGMA-nın sədri Rüfət Əsədzadə forumun məqsəd və əhəmiyyəti barədə iştirakçılara məlumat verib.
Gənc müəllimlərin forumu çərçivəsində şəhid Valeh Bədəlovun anası, ibtidai sinif müəllimi Südabə Qazıyeva, ADA məktəbinin müəllimi, AGMA-nın İdarə Heyətinin üzvü Səkinə Həsənova, teleaparıcı Jalə Həsənli, İrəli İctimai Birliyinin sədri Şahin Rəhmanlı, Gənclərin İnkişaf və Karyera Mərkəzinin baş direktoru Azər Əliyev, təhsil eksperti Günel Səfərova müxtəlif mövzular ətrafında fikirlərini bölüşüblər.
Çıxışlardan sonra müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.//Report

Siyasi       Tarix: 13 yanvar 2024
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Səfir: Qazaxıstan və Azərbaycan transxəzər infrastrukturunun inkişafını davam etdirəcək

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı məsələləri Qazaxıstanın Bakıdakı səfirliyində keçirilən dəyirmi masada müzakirə edilib. səfirliyin məlumatına istinadən xəbər verir ki, tədbirdə diplomatlar, Azərbayca

Prezident qanuna dəyişiklikləri təsdiqlədi

Azərbaycan Prezidenti İlham Əliyev "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb. xəbər verir ki, Milli Məclis tərəfində

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. xəbər verir ki, Cəbrayıl, Qubadlı v

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

5-6 noyabr tarixlərində Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Bolqarıstanda səfərdə olub. Bu barədə -a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. Bildirilib ki, səfər zamanı Sofiya şəhərində Azərbayca

Mirziyoyev İlham Əliyevi təbrik etdi

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevə məktub ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. "Hörmətli İlham Heydər oğlu. Dəyərli qardaşım. Ölkənizin şanlı bayramı – Zəfər Günü münasibətilə Siz

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. /

Bu ölkə İranla sərhədə ordu yeritdi

İraq ordusu mümkün nəticələrin aradan qaldırılması üçün İran və Küveytlə sərhədləri boyunca tam təhlükəsizlik tədbirləri görüb. xəbər verir ki, bu haqda "Əl-Mayadin" məlumat yayıb. "İraq silahlı qüvvələri sərhə

Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:. "Zati-aliləri,

Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana nəzərdə tutulan səfəri barədə açıqlama verib. xəbər verir ki, Türkiyə lideri bu barədə yerli mediaya açıqlaması zamanı danışıb. "Fövqəlad


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən canlı cəbhədən ən son xəbər xəbər xeber