Gənc oğlan 'instagram'da tanış olduğu qızın başına oyun açdı: 'Pulu-qızılı verməsən, səs yazılarını...' – ŞOK

Gənc oğlan 'instagram'da tanış olduğu qızın başına oyun açdı: 'Pulu-qızılı verməsən, səs yazılarını...' – ŞOKBakıda 2003-cü il təvəllüdlü Cəlilabad rayon sakini İntiqam sosial şəbəkədə tanış olduğu Ləmanı (adlar şərti verilib – red.) şantaj edib, həmçinin dələduzluq edib.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, İntiqam sosial şəbəkədə yetkinlik yaşına çatmayan 2010-cu il təvəllüdlü Ləmanla tanış olub. Ona sevdiyini deyib, atasının ticarətlə məşğul olan iş adamı kimi təqdim edib. Tezliklə qaytaracağına dair yalan vəd verərək 20 aprel 2023-cü ildə Xətai rayonunda Ləmandan anasına məxsus 1000 manat pulu alıb və şəxsi ehtiyaclarına sərf edib.
Bundan sonra yenidən Ləmanı aldadaraq aprelin 23-də onun anasına məxsus 3000 ABŞ dolları, 1500 manat, ümumilikdə 81523 manat məbləğində qızıl ziynət əşyalarını ələ keçirib.
İstintaq orqanı tərəfindən İntiqamın barəsində Cinayət Məcəlləsinin 178.1 (dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə) və 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham elan edilib.
"Qızılları, pulları özü könüllü verdi"
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İntiqam ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Ləmanla sosial şəbəkə vasitəsi ilə tanış olub, təşəbbüskar da Ləmanın özü olub: "Bir müddət yazışdıqdan sonra görüşdük. Görüş zamanı Ləman artıq 18 yaşının olduğunu dedi. Biz bir-birimizi sevdik.
Ləman mənim iş qurmaq üçün pula ehtiyacım olduğunu bildi. Özü mənə evdən 1000 manat pul gətirərək iş qurmaq üçün verdi. Münasibətlərimiz davam etdi, daha yaxın olduq.
Ləman bildirdi ki, gələcəkdə ailə quracağımızı nəzərə alaraq nənəsindən ona miras qalmış qızılları mənə vermək istəyir. Mən də buna etiraz etmədim. O, özü məni yaşadığı evin qarşısına dəvət edərək torbanın içində olan, dediyinə görə, nənəsindən qalmış qızıl-zinət əşyalarını mənə verdi. Bu əşyaları evimə apardıqda anam bunu bildi. Məndən qızılları kimdən və haradan aldığımı soruşdu. Mən də anamı Ləmanla telefonla danışdırdım. Ləman anama təsdiq etdi ki, həmin qızılları o, özü mənə verib.
Mən Ləmana qarşı dələduzluq və hədə-qorxu ilə tələb etmə cinayəti törətməmişəm. Onun evindən heç nə oğurlamamışam. Ləman qızılları və pulu özü könüllü mənə verib. Səbəbi isə aramızda olan sevgi münasibətləri olub.
Qızılları lombarda və kredit evinə qaytarmaq şərti ilə verərək pul almışam. Pulun bir hissəsini qurduğum işə, yəni 8-ci kilometr bazarında ayaqqabı satışı üçün sərf etmişəm".
"Sadəcə hal-əhval tuturduq"
İş üzrə zərərçəkmiş qismində ifadə verən Ləmanın sözlərinə görə, anası Lətifə ilə eyni ünvanda yaşayır, valideynləri boşanıb, qardaşı və bacısı yoxdur:
"Anam hadisədən qabaq mənə istifadə etmək üçün "Samsung" markalı telefonu vermişdi. Sonra əsəbləşərək telefonu aldı və sadə "Nokıa" telefonu alaraq verdi. Onunla heç bir sosial şəbəkəyə girmək mümkün deyildi. "İnstagram" sosial şəbəkəsində səhifəm vardı. Səhifəni "Samsung" telefonum olanda işlədirdim.
O zaman, hadisədən təxminən bir ay əvvəl "İnstagram" sosial şəbəkəsində "İntiqam._.666" adlı istifadəçi ilə tanış oldum. Onunla mesajlaşmağa başladıq. İntiqam mənə "İntiqam._.666" və "Əhmədli" adlı profillərdən yazırdı. Biri-birimizlə hal əhval tuturduq. İntiqamla bir ay müddətində mesajlaşmışıq".
"Məni sevdiyini bildirdi"
Zərərçəkmiş qeyd edib ki, aprelin 17-də İntiqamın təklifi ilə təhsil aldığı liseyin qarşısında görüşüblər: "On dəqiqə liseyin ətrafında gəzişdik. Biri-birimizlə daha yaxından tanış olduq. Ona valideyinlərim və özüm haqqında məlumat verdim. İntiqam da özü haqqında danışdı.
İki gün sonra yenidən liseyin qarşısında görüşüb söhbətləşdik. Görüşənədək İntiqamla telefonda mesajlaşmışdıq. Görüş zamanı o, xoş sözlər dedi və məni sevdiyini bildirdi. Bu sözlərə cavab vermədim.
Bundan sonra iki dəfə də liseyin qarşısında görüşdük. İntiqam məni sevdiyini deyərək əlimdən tutdu. Utandığım üçün heç nə demədim".
Ləmanın sözlərinə görə, İntiqamla aprelin 20-də növbəti dəfə yaşadığı evin binasının qarşısında görüşüb: "Bu zaman İntiqam bildirdi ki, 8-ci kilometr bazarında ayaqqabı mağazası açır, ona qaytarmaq şərti ilə 1000 manat pul lazımdır. Mən heç nə demədim. İntiqam yalvararaq 1000 manat pul tapmağımı xahiş etdi. Ona rəhimim gəldi və qaytaracağını fikirləşərək evdə olan anama məxsus seyfdən 1000 manat pul götürdüm, yaşadığım binanın yaxınlığında görüşərək pulu ona verdim. İntiqam da tezliklə pulu qaytaracağına söz verdi".
"Rüsvay edəcəyi ilə qorxutdu"
Ləman qeyd edib ki, aprelin 23-də İntiqamla yaşadığı binanın içərisində görüşüb: "Bildirdi ki, yenə ona 1000 manat pul lazımdır. Ona artıq pul olmadığını dedim. Bundan sonra İntiqam 1000 manat pulu vermədiyim halda aramızda olan bütün münasibətlərini anama deyəcəyini, guya özünün mənim əlimdən tutduğunu, kənardan dostunun telefonla çəkdiyi şəkli də anama verəcəyi ilə hədələdi.
İntiqama pulu anamdan xəbərsiz verdiyimi bildirdim, xahiş etdim ki, heç kimə deməsin. O, daha da aqressivləşdi. Bildirdi ki, anama mənimlə olan münasibəti də deyəcək, yazdığım mesajları da göstərəcək. Səsimi qeyd etdiyini söylədi, əlimdən tutan zaman çəkilən fotoşəkilimi anama göstərəcəyi ilə hədələdi. Bunları internet sosial şəbəkəsində yayaraq rüsvay edəcəyi ilə şantaj etdi.
Bunları etməməsi üçün İntiqam məndən pul və qızıl-zinət əşyaları tələb etdi. Ondan qorxaraq razılaşdım və bildirdim ki, nə istəyirsən, edəcəm. Qorxdum ki, İntiqam anama və təhsil aldığım liseyə mənim haqqımda danışar. O cümlədən, sosial şəbəkədə mesajlarımı və səslərimi yayar, sinif yoldaşlarım və müəllimlərim bunları görə bilər.
Bundan sonra İntiqama küçədə gözləməyi tapşırıb evə getdim. Siyirmədən seyfin açarını götürdüm, seyfi açaraq oradan anama məxsus sellofanda olan təxminən çəkisi 1 kiloqrama yaxın müxtəlif qızıl-zinət əşyalarını, 3000 ABŞ dollarını, 1500 manat pulu, daha sonra 15000 ABŞ dollarını götürdüm. 15000 ABŞ dollarını evdə olan divanın altında gizlətdim ki, İntiqam yenidən pul tələb etdikdə danışmaması üçün ona verərəm".
"Pulların və qızılların oğurlamasını bildirdim"
Ləman qeyd edib ki, götürdüyü qızılları, 1500 manat və 3000 ABŞ dollarını İntiqama verib: "Xahiş etdim ki, bir daha məni narahat etməsin. O da söz verdi ki, daha məni narahat etməyəcək, mesajlarımı və səslərimi telefondan siləcək.
Lakin İntiqam məndən əl çəkməyərək mütəmadi zəng etdi. Ondan xahiş edərək bildirdim ki, anam seyfi açıb baxdıqda pulların və qızılların yerində olmadığını biləcək, məni cəzalandıracaq.
İntiqam məni öyrətdi ki, qapını açıq qoyum, anama zəng edərək guya kimlərinsə evə girib, pulları və qızılları oğurladığını xəbər verim. Onun dediyi kimi etdim. Mayın 17-də anam işdə olduğu vaxt ona zəng edərək evin qapısının açıq olduğunu, seyfin içərisinin boşaldığını dedim.
Anam heç bir yerə əlini vurmamağımı, həyətə düşməyimi və binanın mühafizəçisinin yanında gözləməyimi tapşırdı. 15000 ABŞ dollarını divanın altında çıxardım və üzərimə qoyaraq mühafizəçinin yanına getdim, orada gözlədim. Bir neçə dəqiqə sonra həyətə polis əməkdaşları gəldi, məni sorğu-sual etdilər. Sonda mən oğurluq olmadığını, pul və qızılları İntiqama verdiyimi etiraf etdim.
Qeyd etmək istəyirəm ki, İntiqamın valideynləri mən liseydən çıxanda qarşımı kəsdilər, İntiqamdan şikayət etməməyimi tələb etdilər".
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə İntiqam 5 il 9 ay 5 gün müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Mənbə: Teleqraf.com / azxeber.com

Sosial     Baxılıb: 184   Tarix: 18 yanvar 2025
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

AHİK İT sistemlərini "Hökumət buludu"na köçürüb

"Hökumət buludu"nun (G-cloud) yaradılması və "bulud" xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında" Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 3 iyun tarixli 718 nömrəl

Bakıda 4 gün su olmayacaq? - RƏSMİ AÇIQLAMA

Oğuz-Qəbələ-Bakı su kəmərində baş verən qəza ilə əlaqədar Bakı şəhəri və Abşeron yarımadasının bəzi ərazilərinə su təchizatında müvəqqəti fasilə yaranacaq. xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyini

Qax icra başçısı ilə birgə saxlanılan vəzifəlilərdən bəzilərinin ADLARI

Qax Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat zamanı saxlanılan şəxslərin bəzilərinin adları məlum olub. Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarının keçirdiyi əməliyyat zamanı rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev

DTX-nin saxladığı icra başçısı və müavinlərinin nədə ittiham olunduğu BİLİNDİ

Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev və saxlanılan digər vəzifəli şəxslərin nədə ittiham olunduğu məlum olub. "Report"a istinadən xəbər verir ki, onlar rüşvət almaqda, mənimsəmədə və vəzifə səlahiyyətlərin

Məlumatla manipulyasiya arasında incə sərhəd: Süni intellekt jurnalistikaya necə təsir edir? — RƏYLƏR

Müasir dövrdə informasiya bolluğuna baxmayaraq, saxta xəbərlər və dezinformasiyalarla mübarizə getdikcə çətinləşir. Sosial şəbəkələrdə yayılan yalan məlumatlar ictimai rəyi çaşdırmaqla yanaşı, cəmiyyətin təhlükəsizliyi v

Belarus vətəndaşları Azərbaycan sərhədindən keçərək İrandan təxliyə olunub - FOTOLAR

Belarus vətəndaşlarından ibarət, 3-ü böyük 1-i uşaq olmaqla 4 nəfər "Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə təxliyə edilib. "Report"a istinadən xəbər verir ki, hazırda keçid məntəqəs

İyunun müavinət və təqaüdləri bu tarixdə ödəniləcək

Dövlət Sosial Müdafiə Fondu tərəfindən iyunun 24-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyind

Qabiliyyət imtahanlarına start verildi

İyunun 20-dən etibarən ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanlarının keçirilməsinə başlanılıb. xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb. B

Məhkəmə Hacı Vəliyevlə bağlı qərar verdi

Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev barəsində olan həbs qətimkan tədbirinin müddəti uzadılıb. Bu barədə vəkil Aqil Layıc məlumat verib. Bununla bağlı bu gün Xətai rayon Məhkəməsində təqdimata baxılıb. Məhkəmə həb


yeni xeberler son xeberler azerbaycan xeberleri sonxeber son xəbər cəbhədən son xəbər xeberler az