Gəncədə 30 yaşlı kişinin meyiti vanna otağında tapıldı - FOTO
Gəncədə evdən meyit tapılıb.
azxeber.com "oxu.az"a istinadən xəbər verir ki, hadisə şəhərin Gülüstan qəsəbəsində yerləşən binaların birində qeydə alınıb.
Sözügedən ünvanda yaşayan 1993-cü il təvəllüdlü Elzar İsmaylov telefon zənglərinə və qapının döyülməsinə cavab verməyib. Bu səbəbdəndə Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 xidmətinə məlumat verilib.
Hadisə yerinə gələn FHN xilasediciləri təhlükəsizlik qaydalarına riayət etməklə evin qapsını açıblar. Mənzilə baxış keçirildikdə Elzar İsmaylovun meyiti evin vanna otağından aşkarlanıb.
Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə təhvil verilib. İlkin məlumata görə 30 yaşlı E.İsmayılov ürək tutmasından vəfat edib.
Qeyd edək ki, E.İsmayılov Gəncə şəhər 12 nömrəli tam orta məktəbin sinifdənxaric, məktəbdənkənar işlər üzrə təşkilatçısı olub.
Faktla bağlı araşdırma aparılır.


Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"Qarabağ"ın sabiq futbolçusu istefa verdi