Gəncədə gənclər liseydə dava saldılar: Direktor polis çağırdı
Gəncə şəhərində 1995-ci il təvəllüdlü Eşqin Məmmədov və 2002-ci il təvəllüdlü Elvin İsmayılov xuliqanlıq etməkdə təqsirli biliniblər.
KONKRET.az xəbər verir ki, hadisə bu il oktyabrın 20-də baş verib. Eşqin və Elvin xuliqanlıq hərəkətləri ediblər. Onlar peşə liseyinin direktoru Azər Rüstəmovla mübahisə ediblər, direktorun ünvanına ucadan nalayiq ifadələr işlədiblər.
Həmçinin hadisə yerinə gələn polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayıblar, polisə müqavimət göstəriblər.
Hər iki şəxsin barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) maddələri ilə inzibati qaydada ittiham verilib.
Barəsində inzibati qaydada iş qaldırılan Eşqin bildirib ki, əvvəllər oğurluq etdiyinə görə məhkum olunub: "Elvin mənim iş yoldaşımdır, onu 9 ay olar tanıyıram. Oktyabrın 20-də"Vüsal" şadlıq sarayında işimizi gördük. Oradan çıxdıqdan sonra Elvinlə spirtli içki içdik. Evə gedəndə marketdən siqaret, həmçinin yenə spirtli içki aldıq".
Eşqin qeyd edib ki, daha sonra Elvin ona tualetə getmək istədiyini bildirib və onlar avtomobillə peşə liseyinin həyətinə daxil olublar: "Məktəb rəhbərliyi tərəfindən liseyin inzibati ərazisindən kənarlaşdırılmağımıza baxmayaraq, təkrar liseyin ərazisinə daxil olduq.
Gecə saatlarında dostumla maşının üstündə sadəcə spirtli içki qəbul etmişdik. Mən nalayiq ifadələr işlətmədim, ictimai qaydanı pozmadım və polisə tabesizlik göstərmədim. Odur ki, məhkəmədən qanuna müvafiq qərar çıxarılmasını xahiş edirəm".
Elvin isə ittiham üzrə özünü təqsirli bilib: "Oktyabrın 20-də iş yoldaşım Eşqinlə işdən çıxıb şəhərə getdik. Mağazadan siqaret aldıq, spirtli içki qəbul etdik. Eşqinə tualetə getmək istədiyimi bildirdim və peşə liseyinin inzibati ərazisinə daxil olduq. Liseyin direktoru Azər Rüstəmov irad bildirdi və bizi ərazidən kənarlaşdırdı.
Biz yenidən liseyin inzibati ərazisinə daxil olduq, ucadan nalayiq ifadələr işlətdik. Bu zaman polis əməkdaşları yaxınlaşaraq bizi nizam-intizama dəvət etdilər. Polisin qanuni tələblərinə əməl etmədik. Hazırda əməlimdən peşmanam".
Gəncə şəhər Məhkəməsinin qərarı ilə Eşqin 12 gün, Elvin isə 8 gün müddətinə inzibati qaydada həbs olunub./Teleqraf.com
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi