Gəncədə qanunsuz tikintinin qarşısı alındı - FOTO
Gəncədə qanunsuz tikintilərin qarşısının alınması məqsədi ilə monitorinqlər davam edir.
azxeber.com Oxu.az-a istinadən xəbər verir ki, Gəncə İcra Hakimiyyətindən verilən xəbərə görə, müvafiq icazəverici sənədləri olmadan tikintisi aparılan daha bir neçə yaşayış və qeyri-yaşayış sahəsi aşkarlanaraq qanunamüvafiq tədbir görülüb.
Belə ki, şəhərin "Mahrasa bağı" adlanan ərazisində və Ş.İ.Xətai prospekti 352 ünvanında yerləşən qeyri-yaşayış binasında aparılan tikinti işləri dayandırılıb, Həsrət Əliyev küçəsində yerləşən yataqxana binasının birinci mərtəbəsinə bitişik artırmanın isə söküntüsü təmin edilib.
Qeyd edilib ki, monitorinq Gəncə Şəhər İcra Hakimiyyəti yanında Şəhərdə tikinti norma və qaydalarına riayət olunmadan aparılan tikintilərin müəyyən edilməsi məqsədilə yaradılan komissiya üzvlərinin, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Qərb Regional Mərkəzinin, DYNX-nın Gəncə Regional Dövlət Yanğın Nəzarət İdarəsinin, Əmlak Məsələləri Dövlət Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin və hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə keçirilib.



Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"Qarabağ"ın sabiq futbolçusu istefa verdi