Gənclər arasında "xəstələnmək qorxusu" artır – Psixoterapevt xəbərdarlıq edir

Gənclər arasında Son vaxtlar insanlar, xüsusilə də gənclər arasında tibbi müayinələrə və həkimə müraciət halları artıb. Psixoloqlar bu tendensiyanı yalnız sağlamlıq narahatlığı ilə izah etməyin çətin olduğunu deyirlər. Onların fikrincə, stress, sosial media təsiri və xəstəliklər barədə informasiya bolluğu gənclərin sağlamlıqdan həddindən artıq narahat olmasına səbəb olur.
Psixoterapevt Elmir Əkbər azxeber.com-a açıqlamasında bildirib ki, bu hal dünyada geniş yayılan ipohondriya adlı psixoloji problemdir:
"Azərbaycanda COVID-dən sonra bu hallar artan xətlə davam edir. İnsanlar bunu adi narahatlıq kimi qəbul edirlər, amma əslində bu, psixoloji problemdir. Xəstələnmək qorxusu və ya mütəmadi müayinə olunmaq istəyi ipohondriyaya aiddir. Təəssüf ki, bu vəziyyətin yaranmasında bəzi savadsız və qeyri-peşəkar həkimlərin də rolu var. Belə hallara "yatrogeniya" deyilir".
Mütəxəssisin sözlərinə görə, bəzi dələduz və qeyri-peşəkar həkimlər xəstələrin qorxusundan sui-istifadə edərək onları çoxsaylı və bahalı analizlərə göndərirlər:
"Bəzi həkimlər xəstələri lazımsız analizlərə, KT və MRT müayinələrinə yönləndirir. Halbuki ipohondriya problemi psixoloji yönlüdür və onu dərmansız, psixoterapiya seansları vasitəsilə müalicə etmək mümkündür. Amma insanları yanlış istiqamətə yönəldirlər. Buna "həkim karuseli" də deyilir".
Elmir Əkbər əlavə edib ki, Azərbaycanda heç bir psixoloji problemi qan analizi və ya bahalı cihazlar müəyyən edə bilməz:
"Vətəndaşlar EEG, KT və MRT müayinələrindən keçirilir, lakin nəticə dəyişmir. Bu, həm insanların cibinə zərər vurur, həm də onları əlavə stressə salır".
Psixoloq qeyd edib ki, ipohondriyadan başqa, nazafobiya (mikrob qorxusu) və xəstəlik fobiyası kimi hallar da geniş yayılıb:
"Bu, bütün dünyada müşahidə olunan bir fenomendir. Sadəcə, inkişaf etmiş ölkələrdə insanları vaxtında psixoterapiyaya yönləndirirlər. Təəssüf ki, bizdə psixoterapiya ixtisası olmayan şəxslər də özlərini psixoterapist kimi təqdim edirlər. Halbuki bu müalicə yalnız müvafiq ixtisas diplomu olan mütəxəssis tərəfindən aparılmalıdır".
Şahanə Ziyad

Sosial       Tarix: 14 oktyabr 2025
f Paylaş

Oxşar xəbərlər

Yayın istilərində ürək sağlamlığı üçün 5 həyati xəbərdarlıq

Yay aylarının başlaması ilə birlikdə temperatur və rütubətin artması xüsusilə ürək-damar sağlamlığı üçün risk yaradır. . -un -a istinadən məlumatına görə, kardiologiya mütəxəssisi Dr. Mehmet Gültekin Erçan bildirib ki, həddində

WhatsApp'da nömrəsiz mesajı belə göndərmək olar

"WhatsApp" istifadəçilərin uzun müddətdir gözlədiyi yeni funksiyanı təqdim etməyə hazırlaşır. -a istinadən xəbər verir ki, dünyada ən populyar mesajlaşma tətbiqlərindən biri olan WhatsApp gizliliyi artıracaq "istifadəç

Köhnə dolları olanların diqqətinə: Banklar niyə imtina edir?

ABŞ dolları Azərbaycanda ən çox istifadə edilən xarici valyutalardan biridir. Son vaxtlar isə bəzi bankların köhnə seriyadan olan və ya cüzi zədələnmiş dollar əskinaslarını qəbul etməməsi vətəndaşların narazılığına yol açıb

Dünya bazarında neft ucuzlaşmaqda davam edir

Qlobal enerji bazarlarında neftin qiyməti aşağı düşməkdə davam edir. KONKRET.azxəbər verir ki, son ticarət əməliyyatlarında Şimal dənizindən hasil olunan "Brent" markalı neftin bir barreli 77,62 dollara qədər ucuzlaşıb

Yayda hansı qidalar daha təhlükəlidir? - Ekspertlərdən vacib xəbərdarlıq

"İstənilən qida məhsulu fermer təsərrüfatından istehlakçıya çatana qədər "soyuq zəncir" prinsipi ilə daşınmalı və saxlanmalıdır. Bu prinsip pozulduqda qida artıq çirklənmiş və təhlükəli hesab olunur. Azərbayca

Sabah Bakıda və rayonlarda yağış yağacaq

Azərbaycanda iyunun 24-də bəzi yerlərdə havanın yağışlı keçəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı

AMB-dən yeni məzənnələr: Avro 1,94 manatı keçdi

Azərbaycan Mərkəzi Bankı 23 iyun tarixinə qüvvədə olan rəsmi valyuta məzənnələrini elan edib. xəbər verir ki, məlumata əsasən, ABŞ dollarının məzənnəsi sabit qalaraq 1,700 manat səviyyəsində müəyyənləşdirilib. Bu gün üçü

Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək

Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Bərdə, Xankəndi, Laçın və Şuşa şəhərlərində hərbi yürüşlər keçiriləcək. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, iyunun 26-da Azərbaycan Respublikasının Silahlı Qüvvələrini

Şəkər tozu kəskin şəkildə bahalaşacaq - XƏBƏRDARLIQ

Arzuolunmaz təbiət hadisəsi olan "El-Ninyo" Hindistanda şəkər qamışı məhsullarını məhv edə bilər. Əgər belə bir ssenari reallaşarsa, ölkə şəkər ixracını məhdudlaşdırmaq məcburiyyətində qalacaq. Nəticədə dünya bazarınd


azerbaycan xeberleri son xeberler yeni xeberler en yeni xeberler axsam az xeberler sosial yardim xeberler azerbaycan