Gənclər sosial təsir üçün yarışdı - Trendyol və PAŞA Holding ideya marafonu təşkil etdi
Dünyanın aparıcı elektron ticarət platformalarından biri və Türkiyənin aparıcı e-ticarət platforması Trendyol, PAŞA Holding ilə birlikdə "Sosial təsir üçün Hakaton" ("Hack for social impact") adlı rəqəmsal ideya marafonu (ideyaton) təşkil edib.
azxeber.com xəbər verir ki,tədbir PAŞA Holding-in "Əlaçı" təqaüd proqramının 100-ə yaxın məzununu bir araya gətirib.
Təşəbbüsün məqsədi sosialyönümlü fəaliyyəti təşviq etmək, sosial təsir yaradan rəqəmsal həllərin formalaşmasına şərait yaratmaq, inklüzivliyin təmin olunmasına dəstək vermək, sosial və ekoloji maarifləndirmə aparmaq idi.
Marafona qatılan komandalar müxtəlif sahələri əhatə edən və xüsusilə həssas əhali qruplarının həyat keyfiyyətinin yaxşılaşdırılması məqsədi daşıyan innovativ ideyalar üzərində çalışıb, sosial məsələlərə yaradıcı və texnoloji əsaslı həll yolları axtarıblar.
Tədbirin sonunda daha innovativ və sosial təsir gücü böyük olan ideyalar mükafatlandırılıb. I yerə əlilliyi olan şəxslərin şəhər daxilində təhlükəsiz və müstəqil hərəkətini asanlaşdıran "YoldAIq" adlı ağıllı mobil tətbiq layihəsi ilə "SocioSapiens" komandası layiq görülüb. II yeri "Mindsbridge" komandası məişət zorakılığına məruz qalan qadınlara psixoloji yardım və reabilitasiya dəstəyi təklif edən "SƏS" platforması ideyası ilə qazanıb. III yeri isə "QayğıBot"- yaşlı və sosial baxımdan təcrid olunmuş şəxsləri dəstəkləmək məqsədi daşıyan innovativ layihə ilə"Thundersbolt" komandası tutub.
İdeya marafonunda qalib komandalar Trendyol tərəfindən təltif olunublar.
Trendyol fəaliyyət göstərdiyi ölkələrdə dayanıqlılıq və sosial təsir proqramları ilə cəmiyyətə töhfə verir. PAŞA Holding-in korporativ sosial məsuliyyət (KSM) strategiyasında təhsil mövzusu mühüm yer tutur. Trendyol və PAŞA Holding birlikdə bu istiqamətdə müxtəlif layihələr həyata keçirirlər.









Xidmetler [newsid: 0-123300]

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır