Gənclər və idman naziri Türkiyədə VI Dünya Etnosport Forumuna qatılıb
Gənclər və idman naziri Fərid Qayıbovun rəhbərliyi altında Azərbaycan nümayəndə heyəti Türkiyənin Antalya şəhərində keçirilən VI Dünya Etnosport Forumunda iştirak edir.
"Ənənəvi idman növlərinin dirçəlişi" devizi altında baş tutan VI Dünya Etnosport Forumuna 75 ölkədən nazirlər, federasiya nümayəndələri, tədqiqatçılar və alimlər qatılıblar.
Beynəlxalq Etnosport Konfederasiyasının prezidenti Nəcməddin Bilal Ərdoğan forumun açılışında çıxış edərək panel iştirakçılarına uğurlar arzulayıb. Daha sonra forum panel iclasları ilə işinə davam edib. Nazir Fərid Qayıbov panel iclaslarında müzakirələrə qatılıb. Paneldə ənənəvi idman növlərinin gələcəyi, etnosportun beynəlxalq əməkdaşlığa verdiyi töhfə, maliyyə resursları, media strategiyaları, ənənəvi idman və oyunlar üzrə mükafatların geniş təbliği və digər mühüm mövzular müzakirə olunur.
Gənclər və idman naziri Fərid Qayıbov forum çərçivəsində Dünya Etnosport Konfederasiyasının prezidenti Nəcməddin Bilal Ərdoğanla, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun prezidenti Taha Ayhanla və bir neçə ölkənin nazirləri ilə ikitərəfli görüşlər keçirib. / azxeber.com

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"1-ci Ailə Kuboku" baş tutdu - FOTOLAR