"Gənclik" stansiyasının iş rejimi dəyişdiriləcək
UEFA Çempionlar Liqası turnirinin III təsnifat mərhələsində "Qarabağ" Futbol Klubunun avqustun 6-da keçirəcəyi oyunla əlaqədar Bakı metropoliteninin iş rejimində dəyişikliklər ediləcək.
azxeber.com xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:00-da başlanacaq görüş ərəfəsində yaxınlıqda yerləşən "Gənclik" stansiyası "Bakı Metropoliteni" QSC-nin kütləvi tədbirlərlə əlaqədar əməliyyat planına uyğun olaraq, gücləndirilmiş iş rejimi şəraitində fəaliyyət göstərəcək.
Qarşılaşmaya maraq, həmçinin sərnişinlərin təhlükəsiz və rahat daşınması nəzərə alınaraq, stansiyada nəzarət mexanizmləri gücləndiriləcək. Bu məqsədlə növbətçilik cədvəli tərtib olunmaqla əlavə işçi qüvvəsi ayrılacaq. Stansiyada sərnişinlərin səmti daha rahat müəyyən etməsi, xüsusən matçdan sonra yönləndirilməsi əsas vəzifə olacaq. Ehtiyat tədbirlər "Nərimanov" və "28 May" stansiyalarında da görüləcək.
Qatarlar gün ərzində yay qrafikinin iş günləri cədvəli əsasında hərəkət edəcək. Zərurət yaranarsa, ehtiyat qatarlar xəttə buraxılacaq. Lakin qarşılaşma başa çatandan sonra qatarların hərəkəti "Gənclik" stansiyasının iş rejimi nəzərə alınmaqla xüsusi qaydada tənzimlənəcək.
Xidmetler [newsid: 0-123300]

Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır
"Xankəndi" klubunda yeni təyinat