"Gəncliyimi yaşamadım, çalışıb pul yığırdım"- Xalq artisti Məleykə Əsədova
"Məktəbə tez gedib, 16 yaşım olmamış universitetə qəbul oldum. Atam dünyasını tez dəyişdi. Ailəni atam dolandırırdı, çətin vəziyyətə düşdük. Anam rayonda işləyirdi, mənlə qalmırdı. Əziyyətimi heç kimə bildirmirəm, içimdə çəkirəm. Universitetdə hamı görürdü ki, Məleykə, zərif qız, gəlir dərsə, yaxşı oxuyur. Dərs bitən kimi rayona qaçırdım, qohumlarımızın ansamblı ilə toylara gedirdim".
Open.az xəbər verir ki, bu sözləri Xalq artisti Məleykə Əsədova "Şou ATV" verilişində deyib. Aktrisa gənc yaşlarında toylarda müğənnilik etdiyini söyləyib. O bildirib ki, rayon toylarının ən məşhur siması olub:
"Oxuyub, pul qazanıb, gəlib Bakıda kirayə pulumu ödəyir, geyim alırdım. Gənclik illərimdə kinoteatra getməmişəm, sevgi yaşamamışam. Universiteti bitirəndə getdim 1 il rayonda işlədim, hər gün toylara gedirdim, pul yığırdım. Gəlib Bakıdan ilk evimi aldım. Məşhur olandan sonra dedilər, evini filankəs alıb. Yalandır, hər şeyi əziyyətlə əldə etmişəm. İstedadlı aktrisaya obraz verilir. Bunları əziyyətimlə qazanmışam. Hamı məni indiki kimi görür. Problemimi heç kim görməsin, bilməsin istəmişəm.
İstedadı Allah mənə verdi, anam, tamaşaçılar dəstək oldu. O vaxt nə yaşım var idi ki... 17-18 yaşımda gəncliyimi yaşamadım, çalışıb pul yığırdım. Ağlım var idi. Mən də gəlib maşın alardım, özümü göstərərdim. Amma etmədim, birotaqlı ev aldım. Sonra yenə pul yığıb onu ikiotaqlıya dəyişdim. Daha sonra maşın aldım". (Axşam.az)

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
MM sədri Bişkekdə süni intellekt dövründə parlamentlərarası əməkdaşlığın önəminə diqqət çəkib
Lissabonda Azərbaycan səfirliyinin açılışına hazırlıq müzakirə edilib
Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq