"Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq": "ÇEK" üzvləri Horadizdə qadınlarla görüşdü – FOTOLAR

  "Çevik Ekspertlər Qrupu"nun üzvləri "Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq" kampaniyası çərçivəsində Füzuli rayonu Horadiz qəsəbəsində qadınlarla görüşüb.
azxeber.com xəbər verir ki, görüşdə  Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin müşahidə şurasının üzvü, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın rəhbəri Günel Səfərova qadınlara qarşı həyata keçirilən zorakılığın formaları barədə məlumat verib.
O, qeyd edib ki, qadınlar zorakılığın müxtəlif formalarından özlərini qorumaq üçün öncə öz hüquqlarını bilməlidirlər:
"Qızların təhsildən yayınması hallarının qarşısı alınmalıdır. Erkən nigahlara qarşı mübarizədə qadınlar ilk sıralarda yer almalıdırlar. Biz Elm və Təhsil Nazirliyi yanında ictimai şura olaraq bu məsələlərdə daim vətəndaşlarımızın yanındayıq. Övladlarımızın mükəmməl təhsil əldə etməsi üçün əlimizdən gələn bütün imkanları səfərbər etməyə hazırıq.
İslahatçı Qadınlar və İnnovasiyalar İctimai Birliyinin sədri Vüsalə Hüseynli isə vurğulayıb ki, qızlar öz hüquqlarını müdafiə edə bilməlidirlər:
"Biz çalışmalıyıq ki, qızlarımız, qadınlarımız təhsilli, istiqadi cəhətdən azad olsunlar ki,  öz hüquqlarını müdafiə edə bilsinlər. Nə mənəvi, nə istinadi, nə də məişət zorakılığına məruz qalsınlar. Qadın ölümləri ilə bağlı xəbərlər bizləri izləməsin".
QHT sədri onu da qeyd edib ki, qadınlarımız və qızlarımızın müdafiəsi yalnız 16 gün deyil, bütün il boyu həyata keçirilir.
ÇEK barəsində açıqlama verən koalisiyanın üzvü, Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə xanım Ağazadə qeyd edib ki, koalisiyada təmsil olunan beş təşkilatın hər biri qadınlarımızın yanındadır:
"Biz sizlərin səsi olmağa gəmişik. Biz istəyirik ki, bizim ölkədə qadınlar heç vaxt zorakılığın qurbanına çevrilməsin. Biz istəmirik ki, qadınlarımız, qızlarımız sığınacaqlara üz tutsunlar. Biz istəmirik ki, övladlar anasız böyüsün. Biz istəyirik ki, hər bir qadının isti yuvası, xoşbəxt həyatı olsun".
Tədbirdə qonaq qismində qatılan "Ağaoğlu" araşdırmalar birliyinin rəhbəri Sara Əliyeva da səslənən fikirləri bölüşdüyünü və Azərbaycanın ilk türk qadın vəkili  olan Azərbaycan tarixinin nurlu simalarından olan Əhməd bəy Ağaoğlunun qızı Sürəyya Ağaoğlunun qadınlar barəsində olan arzularını səsləndirib.
Tədbirdə Füzuli Rayon İcra Hakimiyyətinin müavini Gülbahar Eyvazova qonaqlara göstərdikləri təşəbbüslə bağlı öz təşəkkürünü bildirib və İcra Hakimiyyəti olaraq ÇEK-lə əməkdaşlığa həmişə açıq olduqlarını vurğulayıb. Sonra ekspertlər tərəfindən görüş iştirakçılarının sualları cavablandırılıb və təklifləri müzakirə olunub.
Xatırladaq ki, "ÇEK"də beş ictimai birlik – "Vətəndaş" Tədqiqat və İnkişaf İctimai Birliyi, "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyi, "Azərbaycan Uşaqları" İctimai Birliyi, "Gəncə Regional Qadın Mərkəzi" İctimai Birliyi və  "İslahatçı Qadınlar və İnnovasiyalar" İctimai Birliyi  təmsil olunur.

Sosial       Tarix: 07 dekabr 2022
f Paylaş

Oxşar xəbərlər

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı


yeni xeberler azerbaycan xeberleri son xeberler en sonxeber sonxəbər metbuat xeberleri bugun xeberler