Gender Əsaslı Zorakılığa qarşı 16 Günlük Fəallıq' çərçivəsində maarifləndirmə kampaniyası keçirildi

Gender Əsaslı Zorakılığa qarşı 16 Günlük Fəallıq' çərçivəsində maarifləndirmə kampaniyası keçirildiHər il 25 noyabr Qadınlara Qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü ilə başlayan və Beynəlxalq İnsan Hüquqları Günü ilə sona çatan Gender Əsaslı Zorakılığa qarşı 16 Günlük Fəallıq Kampaniyası çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMT-nin Azərbaycandakı nümayəndəliyinin birgə tərəfdaşlığı ilə bir sıra maarifləndirmə tədbirləri keçirildi.
Kampaniya çərçivəsində 5 regionda: Yevlax, Mingəçevir, Sumqayıt, Sabirabad və Bakıda, psixoloqlar, tələbələr, dövlət qurumlarının nümayəndələri, sosial işçilər, hüquqşünaslar, yerli vətəndaş cəmiyyətinin üzvləri də daxil olmaqla ümumilikdə 300-ə yaxın şəxsin iştirakı ilə məlumat sessiyaları təşkil edildi. Sessiyaların məqsədi gender bərabərliyinin təşviqi və məişət zorakılığı ilə mübarizə üzrə maarifləndirmə aparmaq, iştirakçılara məişət zorakılığı hallarında müraciət edə biləcəkləri dövlət qurumları, qaynar xətlər və resurs mərkəzləri haqqında məlumat vermək, həmçinin iqlim dəyişikliyi və gender əsaslı zorakılıq arasındakı əlaqə barədə ictimaiyyətin məlumatlılığını artırmaq idi.
Sessiyalarda məişət zorakılığı və onunla mübarizə mexanizmləri, zorakılığın formaları, səbəbləri və yaratdığı fəsadlar, iqlim dəyişikliyi və məişət zorakılığı arasında əlaqə haqqında danışıldı. Eləcə də, iştirakçılar polis və prokurorluq, icra hakimiyyəti, rayon (şəhər) məhkəmələri kimi dövlət qurumlarına hansı hallarda və nə üçün müraciət etməli olduqları barədə məlumatlandırıldı.
Kampaniya çərçivəsində maarifləndirmə işləri sosial media platformaları vasitəsilə də aparıldı. İqlim dəyişikliyinin qadınların reproduktiv sağlamlığına təsiri, təbii fəlakətlərin qadınlar üzərindəki məişət yükünü artırması, qadınların iqlim dəyişikliyinə adaptasiyasına mənfi təsir göstərən amillər, iqlim dəyişikliyinin qadınların iqtisadi azadlıq əldə etməsinə mənfi təsirləri, qadınların iqlim dəyişikliyi ilə bağlı qərarvermə prosesindən kənarda qalması, gender stereotiplərinin qadınların iqlim dəyişikliyinə uyğunlaşmasına təsiri kimi mövzular üzrə maarifləndirici posterlər hazırlanaraq ictimaiyyətlə paylaşıldı.

Gender Əsaslı Zorakılığa qarşı 16 Günlük Fəallıq' çərçivəsində maarifləndirmə kampaniyası keçirildiGender Əsaslı Zorakılığa qarşı 16 Günlük Fəallıq' çərçivəsində maarifləndirmə kampaniyası keçirildi/ azxeber.com

Sosial       Tarix: 20 dekabr 2024
f Paylaş

Oxşar xəbərlər

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan

"Yaxın vaxtlarda Ermənistandan Azərbaycana məhsul tədarükü barədə məlumat açıqlanacaq". xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İctimai Televiziyaya müsahibəsi zamanı deyib. "Yaxı

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən son vəziyyət cəbhədən yeni xəbərlər xabar az en sonxeber