Generaldan Qorbaçovla bağlı şok iddia: "Qafqazda işləyəndə..." - VİDEO
Mixail Qorbaçov Sov.İKP MK-nın baş katibi, daha sonra isə SSRİ prezidenti vəzifələrinə gəlməzdən əvvəl Şimali Qafqazda işləyib, burada çoxsaylı qanun pozuntuları ilə obyektlərin tikintisi ilə məşğul olub.
Publika.az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu sovet pilot-kosmonavtı, general-leytenant Vladimir Canibekov deyib.
Canibekovun sözlərinə görə, onun atası həmin illərdə Qaraçay-Çərkəzdə yanğınsöndürmə idarəsinin rəisi olub və işlədiyi müddətdə dəfələrlə Qorbaçovla qarşılaşıb: "Qorbaçov orada müxtəlif tikinti layihələrinə başlamışdı və atam ona qəti şəkildə etiraz etdi, çünki yanğın təhlükəsizliyi baxımından güvənli deyildi".
O qeyd edib ki, xüsusən də Qorbaçovun təşəbbüsü ilə Çərkəzdə rezin məmulatları zavodu qanun pozuntuları ilə tikilib: "Atam bu müəssisəni bağladı. Qorbaçov bundan sonra onu yanına çağırıb şiddətli töhmət verdi. Zavod isə bir ay ərzində yandı".
Qorbaçovun tikdirdiyi və Avropada ən böyük müəssisəyə çevrilməli olan quşçuluq müəssisəsinin də başına da eyni aqibət gəlib: obyektin tikintisi zamanı yol verilən qanun pozuntularına görə kompleks açılandan bir həftə sonra bütün avadanlıqları ilə birlikdə yanıb. Uğursuz tikintilərinin başqa bir nümunəsi mütəxəssislərin məsləhətinə zidd olaraq Dombay dağlarında inşa etdirdiyi ev olub. Bu ev də sel suları nəticəsində dağılıb.
Canibekov Qorbaçovu "sovet dövrünün əsas anti-qəhrəmanı" adlandırıb.

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək