Generalın xanımı: 'Polad Həşimov qələbəni görmədi, amma əmin idi

Generalın xanımı: 'Polad Həşimov qələbəni görmədi, amma əmin idi"Xatırlayıram, gecə saatları idi, Bakının küçələrindən coşqulu insan səsləri gəlirdi. Telefonum ard-arda zəng çaldı. Dedim, xeyir xəbər olsun. Gələn zənglər deyirdi, gözünüz aydın, qələbə çaldıq! Sevinc, göz yaşı və kədər içində idim. Uşaqları oyatdım, təbrik etdim. Otaqda Polad Həşimovun böyük şəkli var idi. Onun önünə keçdim, baxdım, baxdım..."
Bunu Modern.az-a açıqlamasında şəhid general-mayor Polad Həşimovun həyat yoldaşı Ofelya Salmanova deyib.
Ofelya xanım vurğulayıb ki, Qarabağda qazanılan Zəfər şəhidlərin əmanətidir və bu əmanəti yaşatmaq hər bir azərbaycanlının borcudur:
"Zəfər bir xalq üçün böyük xoşbəxtlikdir. Bizim əldə etdiyimiz Qələbə yalnız Qarabağın işğaldan azad olunması ilə məhdudlaşmır, biz birliyimizi, gücümüzü ortaya qoyduq. Biz bütün dünyaya möhkəm iradəmizi, tariximizin həqiqətlərini, milli kimliyimizi nümayiş etdirdik. Zəfəri birlik, Allahın Azərbaycan xalqına göstərdiyi köməklik, şəhidlərimizin canı, qazilərimizin qanı, Ali Baş Komandanın rəhbərliyi, hərbçilərimizin, əsgərlərimizin cəsarəti və xalqın fədakarlığı ilə əldə etdik. Zəfər bizə şəhidlərimizin əmanətidir, onu qorumaq biz azərbaycanlıların vəzifəsidir. Dünyanın hansı nöqtəsində yaşamağımızdan asılı olmayaraq, vətəni içimizdə yaşatmalı, fəxr etməli, yeri gələndə həqiqətləri çatdırmalıyıq. Qoy birliyimiz, qələbəmiz daim olsun".
Şəhid generalın xanımı söyləyib ki, Polad Həşimov sağ olsaydı, qələbəni elə xalqın içində qeyd edərdi:
"Polad Həşimov bütün ömrünü işğal altında olan ərazilərimizin geri qaytarılması yolunda səfərbər etmişdi. Onun keçdiyi mübarizə dolu yolun ən birinci şahidiyəm. Bəli, qələbəni görmədi, amma əmin idi. Polad Həşimovun illərlə yetişdirdiyi zabit və əsgərlər hərb meydanında öz gücünü ortaya qoydular. Bilirəm, ruhu şaddır cənab generalın. Əgər bu gün sağ olsaydı, qələbəni elə uğrunda canından keçməyə hazır olduğu xalq ilə birlikdə qeyd edərdi.
Xalqımızı Zəfər Günü münasibətilə təbrik edirəm, qoy birliyimiz, qələbəmiz daimi və əbədi olsun". / azxeber.com

Sosial       Tarix: 08 noyabr 2024
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

4 min illik xəstəlik yenidən baş qaldırdı – Azərbaycanda da qeydə alınıb

Dünyanın ən qədim yoluxucu xəstəliklərindən biri hesab olunan cüzam – Hansen xəstəliyi ABŞ-də yenidən diqqət mərkəzinə düşüb. Florida ştatında 2026-cı ilin ilk aylarında 19 yeni yoluxma faktının qeydə alınması narahatlı

Göygöldə 32 yaşlı kişi bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib. xəbər verir ki, hadisə rayonun Hacıməlik kəndində qeydə alınıb. Belə ki, 1994-cü il təvəllüdlü Elcan Həsənov bıçaqlanma diaqnozu ilə Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa


yeni xeberler son xeberler azerbaycan xeberleri son xabar xeber.az son xeberler xankendi metbuat