Genetikdən ciddi xəbərdarlıq - elektrik çaydanlar ÖLÜM SAÇIR
Rusiyalı genetik mütəxəssis Yevgeni Patkin plastik elektrik çaydanların zərərlərini açıqlayıb.
Milli.Az xəbər verir ki, alimlər hamilə qadının qəbul etdiyi az miqdarda zəhərin uşağın sağlamlığına necə təsir etdiyinə dair bir sıra təcrübələr aparıb. Eksperimental Tibb İnstitutunun molekulyar sitogenetik laboratoriyasının müdiri, elmi qrupun rəhbəri - Yevgeni Patkinin dediyinə görə, döl epigenetik dəyişikliklərə məruz qalır ki, bu da özünü yetkin yaşda ciddi xəstəlik kimi göstərə bilər.
Alimlər ətraf mühitdən az miqdarda bədənə daxil olan toksinlərin nəticədə ciddi sağlamlıq problemlərinə səbəb ola biləcək proseslərə təkan verəcəyini sübut edib. Üstəlik, zəhər uşağın orqanizminə ana bətnində olarkən daxil olarsa, insan kifayət qədər yetkin yaşda da xəstələnə bilər. Patkin həmin maddələri açıqlayıb:
"Epigenetik dəyişikliklərin baş verməsi üçün bədənin güclü təsirə məruz qalmasına ehtiyac yoxdur - məsələn, ağır metalların olduğu yeməklər, və ya az miqdarda bisfenol olan plastik su şüşələri kifayətdir. Rəsmi olaraq zəhərin tərkibi sanitar norma daxilində olacaq - mutasiyaya səbəb olmayacaq, amma epigenetik dəyişikliklər mütləq baş verəcək. Yeri gəlmişkən, bisfenol isidildiyi zaman daha fəal buraxılır. Odur ki, plastik elektrik çaydanları atmaq və uşaq yeməyini plastik şüşələrdə qızdırmamaq lazımdır".
Genetik eyni zamanda vurğulayıb ki, hamilələrin sağlamlığı mühümdür. O, əlavə edib ki, kişinin spermatogenezi ömrü boyu davam edir. Əgər zəhər və ya şüalanmaya məruz qalsa, bir müddət sonra sperması təmizlənəcək. Qadının bütün yumurtalıqları zərər görərsə, əbədi olaraq belə qalacaqlar.
Alimlərin fikrincə, embrional dövr həlledici rol oynayır. Mütəxəssislər xəstəliklərin əsasən DNT-dəki epigenetik dəyişikliklərlə əlaqəli olduğunu düşünür. Elmdə yeni bir istiqamət ortaya çıxıb - (utero inkişaf etmiş) "yetkin" xəstəliklərin fetal səbəblərinin araşdırılması. Həkimlər xəstəliklərin epigenetik mexanizmlərini başa düşdükdən sonra yeni effektiv müalicə üsullarının tapılacağını gözləyirlər. (publika.az)
Milli.Az /news.milli.az

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ