Gimnastlarımız Avropa çempionatında 3 medal qazandılar

Gimnastlarımız Avropa çempionatında 3 medal qazandılarRusiyanın Soçi şəhərində keçirilən batut gimnastikası, ikili minibatut və tamblinq üzrə Avropa mempionatında Azərbaycan yığması 1 gümüş və 2 bürünc medal qazanıb.
AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, çempionatın ilk medalı gənclər arasında yarışan tamblinqçilərimizdən gəlib. Hüseyn Əsədullayev, Tofiq Əliyev, Adil Hacızadə və Bilal Qurbanovdan ibarət komandamız fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.
Növbəti medal son dünya yaş qrupları yarışlarının gümüş medalçıları Hüseyn Abbasov və Mahsud Mahsudov sinxron cütlüyündən gəlib. Onlar qitə birinciliyində də gümüş medala sahib olublar. Bu yarışda 13-17 yaşlılar arasında çıxış etmiş 13 yaşlı Hüseyn və Maqsud özlərindən daha böyük və təcrübəli gimnastlarla mübarizə apararaq fəxri kürsüdə yer alıblar.
Çempionatın son medalı isə təcrübəli tamlinqçimiz Mixail Malkindən gəlib. Uzun müddətdən bəri irimiqyaslı beynəlxalq yarışlarda zədə səbəbindən iştirak etməyən təmsilçimiz, gərgin idman mübarizəsi şəraitində keçən final mərhələsində bürünc medal qazanmağa nail olub.
Fərdi batut yarışlarında yeganə qadın gimnastımız Selcan Maqsudova da qitə birinciliyinin finalına vəsiqə qazanıb. Həlledici final mərhələsində gimnastımız 6-cı olub. İlk dəfədir ki, Azərbaycanın qadın təmsilçisi Avropa çempionatının böyüklər arasında ən güclü 8 gimnastı arasında mübarizə aparıb.
Bu Avropa çempionatı Azərbaycan gimnastikası üçün "ilk"lərlə tarixə yazılıb. Belə ki, həm tamblinqçilərimizin komanda hesabındakı bürüncü, həm də sinxron cütlüyümüzün layiq görüldüyü gümüş medal gənclər yaş qrupunda gimnastlarımızın Avropa çempionatından ölkəmizə qazandırdığı ilk medallardır. Eləcə də, gimnastımız Selcanın çempionatın finalında iştirakı gimnastikadakı nailiyyətlərimiz sırasında bir ilkdir. /publika.az

İdman       Tarix: 02 may 2021
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Farslar təhqir yağdırdı, "Traktor" oyundan imtina etdi

Oktyabrın 18-də İran Premyer Liqasının IX turu çərçivəsində Gilan əyalətinin Ənzəli şəhərində keçirilməsi planlaşdırılan matçda Təbrizin "Traktor" komandası meydana çıxmaqdan imtina edib. KONKRET.azxəbər verir ki

"Real"ın oyunu azərbaycanlı referiyə tapşırıldı

Azərbaycanın FİFA referisi Kamal Umudlu UEFA-dan yeni təyinat alıb. AFFA-dan -a verilən məlumata görə, o, Gənclər Liqasının liqa mərhələsində keçiriləcək "Roma" (İtaliya) – "Real Madrid" (İspaniya) oyunun

Konfrans Liqası: bu gün 18 oyun var

UEFA Konfrans Liqasında Liqa mərhələsinin II turunun oyunlarına bu gün start veriləcək. xəbər verir ki, Türkiyənin "Trabzonspor" klubu evdə Şotlandiyanın "Harts" komandası ilə üz-üzə gələcək. UEFA Konfran

Etiraz aksiyalarına görə bu oyunun vaxtı dəyişdirildi

Fransa Liqa 1-də keçirilməsi planlaşdırılan "Tuluza" – "Trua" oyununun vaxtı dəyişdirilib. KONKRET.azxəbər verir ki, buna ölkədə keçirilən etiraz aksiyaları səbəb olub. Daha əvvəl oktyabrın 24-də keçirilməs

Bakıda FIFA DÇ həyəcanı başlayır

Bu gün Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalı start götürəcək. xəbər verir ki, tarixdə ilk dəfə təşkil olunacaq mundiala Azərbaycan ev sahibliyi edəcək. Dünya çempionatında 189 ölkənin iştirak

Bugünkü oyunları yayımlayacaq kanallar

UEFA Avropa Liqasının və Konfrans Liqasının Liqa mərhələlərində bu gün keçiriləcək bəzi oyunlara Azərbaycan və Türkiyə telekanalları vasitəsi ilə canlı yayımla baxmaq mümkün olacaq. KONKRET.azxəbər verir ki, qarşılaşmala

7 qat Azərbaycan çempionu diskvalifikasiya olundu

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) boksçu Daniel Holostenkonu iki il müddətinə cəzalandırıb. xəbər verir ki, bu barədə AMADA-dan məlumat verilib. Bildirilib ki, idmançı tərəfindən məkan məlumatı pozuntusu aşkarlanıb

"Neftçi" yenidən önə keçdi - Canlı-Yenilənir

Misli Premyer Liqasında 8-ci tur davam edir. . xəbər verir ki, Turun mərkəzi matçında "Qarabağ" "Neftçi" ilə üz-üzə gələcək. Qeyd edək ki, tura sabah keçiriləcək iki görüşlə yekun vurulacaq. Misli Premye

"Sabah" "Borussiya"ya qarşı: Start heyətlər açıqlandı

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda qarşılaşacaq "Sabah" və "Borussiya" (Dortmund, Almaniya) komandalarının start heyətləri açıqlanıb. -ın məlumatına görə, komandalar meydana aşağıdak


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeberler bu gun son.xeberler cəbhədən ən son xəbərlər bugünki xəbərlər