Gömrük Komitəsi: "İnternetdə yerləşdirilən işə qəbul elanları qanunsuzdur

Gömrük Komitəsi: Dövlət Gömrük Komitəsinin aidiyyəti srtuktur bölmələri tərəfindən aparılan araşdırmalar zamanı internetdə yerləşdirilən işə qəbul elanlarında qanunsuz yolla komitənin adından istifadə olunduğu müəyyən edilib.
Bu barədə azxeber.com-a komitədən məlumat verilib.
Birdirilir ki, www.offer.az/qeydiyyatci-56-vakansiya-2022-49006/ linki üzərindən "Ötüken Baku nəşriyyat və poliqrafiya şirkətinə "qeydiyyatçı" xanım tələb olunur" məzmunlu elanla maraqlanan şəxslərə mobil nömrə ilə əlaqə saxlamaq təklif olunur. Müraciət edənlərə özünü "DGK-nın Ötüken Bakı nəşriyyat və poliqrafiya departamentinin qəbul qeydiyyatı üzrə baş direktoru Rəşad Hüseynov" kimi təqdim edən şəxs WhatsApp şəbəkəsi üzərindən vətəndaşlardan müxtəlif sənədlər istəyir və bank kartı göndərərək 54 manat rüsum ödəməyi təklif edir.
Digər elanda isə R. Hüseynov özünü DGK-nın Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin "Novartis" Bakı dərman departamentinin koordinatoru kimi təqdim edir və yenə də WhatsApp şəbəkəsi üzərindən vətəndaşlardan müxtəlif sənədlər istəyir və bank kartı göndərərək 54 manat rüsum ödəməyi təklif edir.
Komitə vətəndaşlara diqqətli olmağı tövsiyə edir və bildirir ki, gömrük orqanlarına işə qəbul Komitənin rəsmi internet səhifəsində əvvəlcədən yerləşdirilən elan əsasında müsabiqə yolu ilə aparılır və yuxarıda qeyd edilən elanların, işçi tələb olunduğu qurumların gömrük orqanlarına heç bir aidiyyəti yoxdur.
Dövlət Gömrük Komitəsi tərəfindən qeyd olunan qanunazidd hərəkətlərin araşdırılması ilə bağlı Daxili İşlər Nazirliyinə rəsmi müraciət olunub.

Sosial       Tarix: 17 oktyabr 2022
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa


yeni xeberler son xeberler azerbaycan xeberleri sonxabar az xeberler bugun 2026 sonxeber.az gunun xeberleri