Gömrük komitəsində əməliyyat - 1.8 milyon manatdan artıq məbləğ mənimsənilib

Gömrük komitəsində əməliyyat - 1.8 milyon manatdan artıq məbləğ mənimsənilibQaçaqmalçılıq cinayətləri törətmiş ayrı-ayrı şəxslərin və həmin cinayətlərin törədilməsində iştirak etmiş vəzifəli şəxslərin qanunsuz əməlləri ilə bağlı Dövlət Gömrük Komitəsindən daxil olmuş cinayət işi üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində birgə istintaq qrupu yaradılmaqla ibtidai istintaq davam etdirilir.
Bununla bağlı Baş Prokurorluq və Dövlət Gömrük Komitəsi birgə məlumat yayıb.
İstintaqla Azərbaycan Respublikası vətəndaşları - "Karvan 313" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi Telman İbrahimov, həmin MMC-nin direktor müavini olan sabiq gömrük əməkdaşı Arif Rzayev, sabiq gömrük əməkdaşı Təvəkgül Bayramov, Şahin Soltanov, Türkiyə Respublikasının vətəndaşı Şener Bilgi və qeyrilərinin 2023-2024-cü illər ərzində 60-dək yük nəqliyyat vasitəsi ilə ölkə ərazisindən ixrac olunması nəzərdə tutulan, habelə tranzit qaydada İran İslam Respublikasından gətirilən müxtəlif məhsulları gömrük sənədlərinə əsasən bəyan edilib təyinatı üzrə başqa ölkəyə aparılmalı olduqları halda, marşrutdan kənara çıxarılaraq qiymətli metal yükləri ilə əvəzləndikdən sonra Qırmızı-Körpü gömrük postundan Gürcüstan ərazisinə keçirmələrinə əsaslı şübhələr müəyyən edilmişdir.
Eyni zamanda, qeyd edilən qaçaqmalçılıq cinayətlərinin törədilməsinə şərait yaradılması müqabilində Bakı Baş Gömrük İdarəsinin inspektoru Turab Nəsirov, Sumqayıt Gömrük İdarəsinin inspektoru Elmir Məmmədovun həmin şəxslərdən müxtəlif üsullarla rüşvət almalarına, Tovuz Gömrük İdarəsinin sabiq rəisi Elçin Şabanov və həmin idarənin Qırmızı-Körpü gömrük postunun sabiq rəisi Vasif Abıyevin isə xidməti işi düzgün təşkil etməməklə belə qanunsuz halların baş verməsinə laqeyd münasibət göstərmələrinə, bununla da 1.8 milyon manatdan artıq məbləğdə gömrük ödənişlərinin dövlət büdcəsinə ödəməkdən yayındırılmasına səbəb olmalarına əsaslı şübhələr müəyyən edilmişdir.
Toplanmış ilkin sübutlar əsasında Elmir Məmmədov Cinayət Məcəlləsinin 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma), Turab Nəsirov 311.2-ci (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə görə rüşvət alma), Vasif Abıyev və Elçin Şabanov 314.2-ci (səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) maddəsi, Telman İbrahimov, Arif Rzayev, Təvəkgül Bayramov, Şahin Soltanov və Şener Bilgi isə 206.3.2-ci (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir.
Turab Nəsirov, Elmir Məmmədov, Telman İbrahimov, Arif Rzayev, Rövşən İbrahimov, Təvəkgül Bayramov və Şahin Soltanov barəsində məhkəmə qərarı əsasında həbs, Vasif Abıyev və Elçin Şabanov barəsində isə polisin nəzarəti altına vermə (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) növündə qətimkan tədbiri seçilmiş, Şener Bilgi barəsində axtarış elan edilmişdir.
Hazırda iş üzrə sözügedən qanunsuz hərəkətlərin törədilməsində iştirak etmiş digər şəxslərin müəyyən olunması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir. / azxeber.com

Sosial     Baxılıb: 257   Tarix: 08 avqust 2024
f Paylaş

Oxşar xəbərlər

Göygöldə şəhid ailələri ilə görüşlər keçirilir - FOTOLAR

Göygöl rayon rəhbərliyi tərəfindən ölkəmizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızın ailə üzvləri ilə görüşlər davam edir. xəbər verir ki, RİH-nin başçısının növbəti görüşündə də şəhid ailələrini

Milli Qəhrəman Salatın Əsgərovanın doğum günüdür

Bu gün Azərbaycan Respublikasının Milli Qəhrəmanı, jurnalist, "Molodyoj Azerbaydjana" qəzetinin müxbiri olmuş Salatın Əsgərovanın doğum günüdür. xatırladır ki, Salatın Əziz qızı Əsgərova 16 dekabr 1961-ci ildə Bak

​Belə çağırışlar edənlər - 500 manat ödəməli olacaq

İnternet informasiya ehtiyatında fahişəliklə məşğul olmağa açıq çağırışların edilməsinə görə 500 manat cərimə tətbiq olunacaq. xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarıla

Emin Əmrullayev: 'Kəlbəcər məktəbinin tikintisi 25 yaşlı inşaat mühəndisi tərəfindən aparılır

"Kəlbəcər məktəbinin tikintisinə nəzarət Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 25 yaşlı inşaat mühəndisi tərəfindən aparılır". -a istinadən xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullaye

"Bu gün bizim üçün həbsdə nə jurnalist var, nə siyasətçi...' - Bəhruz Məhərrəmov

Milli Məclisin bugünkü plenar iclasında gündəlikdəki məsələlərə münasibət bildirən deputatlar Prezidentin amnistiya təşəbbüsünü yüksək qiymətləndirib. -ın məlumatına görə, plenar iclasda çıxış edən deputat Aqil Abbas həmçinin

Keçmiş məcburi köçkünləri sevindirəcək xəbər

Keçmiş məcburi köçkünlərə ödənilən aylıq sosial müavinət onların hesablarına köçürülüb. xəbər verir ki, əməliyyat bir neçə saat əvvəl həyata keçirilib. Məcburi köçkün statusu olan şəxslər hər ay dövlətdən 60 manat müavinə

Tərtərdə kanalada batan 87 yaşlı qadının FOTOSU

Xəbər verdiyimiz kimi, Tərtər rayon sakini Solmaz Fərzəliyeva suvarma kanalında batıb. "Qafqazinfo"ya istinadən kanalada batan 87 yaşlı qadının fotosunu təqdim edir:

Doktorantların və gənc tədqiqatçıların XXVIII Respublika elmi konfransı başlayıb

Dekabrın 16-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş Doktorantların və gənc tədqiqatçıların XXVII Respublika elmi konfransının (NASCO XXVII) açılı

Ordubadı qazla təmin edən kəmərdə qəza olub

Ordubadı qazla təmin edən qaz kəmərində qəza olub. xəbər verir ki, Ordubad rayonunu təbii qazla təmin edən 219 mm yüksək təziqli qaz kəmərində avtomobil qəzası olub. Hadisə Culfa rayonu ərazisində qeyfə alınıb və qəza ba


azerbaycan xeberleri yeni xeberler son xeberler kriminal bugun valyuta məzənnələri cəbhədən xəbərlər son xeberler az