Gömrük Komitəsinin mühafizəçisi həbs edildi
Dövlət Gömrük Komitəsinin (DGK) "Azərterminalkompleks" Birliyinin Gömrük infrastrukturunun mühafizəsi xidməti üzrə Enerji şöbəsinin mühafizəçisinə hökm oxunub.
azxeber.com Qaynarinfo-ya istinadla xəbər verir ki, 1989-cu ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonu, Nehrəm kəndində anadan olmuş Kərim 2019-cu ilin aprel ayından 2022-ci ilin fevral ayınadək gizir rütbəsində sözügedən qurumda xidmət edib. Onun həbs edilməsinə səbəb bir neçə nəfəri Gömrük Komitəsinə işə və təqaüd düzəltmək adı ilə "Qaymaq" kafesində aldadaraq, aldığı pulları qaytarmaması olub.
Zərərçəkmiş, təqaüddə olan hərbçi Qabil adlı şəxs 10 ildən artıqdır ki, Kərimi tanıyırmış. Söhbət əsnasında Kərim ona tanışı olarsa, pul müqabilində Komitədə işə düzəldə biləcəyini bildirib. Həmçinin DGK-da tanış vəzifəli şəxslərin əli ilə təqaüd və pensiya düzəlmək imkanının olduğunu da deyib.
Qabil Kərimin sözlərinə inanaraq Ağcabədi rayonunda yaşayan tanışı, keçmiş polis işçisi Cəlalətlə danışıb. Cəlalət 1-ci Qarabağ müharibəsində iştirak edərək yaralanıb və II qrup əlil olduğu üçün təqaüd alırmış. Qabil Kərimlə danışaraq bu işi həll edəcəyini, həmçinin həyat yoldaşı Ağgün üçün də təqaüd düzəldəcəyini deyib.
Cəlalət 2021-ci ilin 5 noyabrında Ağcabədidən taksi ilə ona 7000 manat pul, özünə və həyat yoldaşına aid sənədləri göndərib. Qabil pulu və sənədləri Xətai rayonu ərazisində yerləşən "Qaymaq" kafesində Kərimə verib. Sonuncu dekabr ayının sonuna qədər bu məsələnin həll olunacağını bildirib.
O, hətta Qabili onun üçün 2000 manatdan çox pensiya təyin etdirəcəyinə, həyat yoldaşına də təqaüd düzəldəcəyinə inandırmağı bacarıb. Bunun üçün Kərimdən həyat yoldaşı Nəcibənin xəstəlik sənədlərini gətirməyi istəyib. Bildirib ki, ona II qrup əlillik təyin etdirəcək və ayda 370 manat təqaüd alacaq. Qabil bu iş üçün 2021-ci ilin 8 noyabrında "Qaymaq" kafesində ona 9000 manat pul verib. Sonuncu söz verib ki, dekabrın axırınadək bu məsələlər də həll olunacaq.
Kərim həmçinin eyni tarixdə Qabilin yaxın tanışı olan Elvini də Dövlət Gömrük Komitəsinə işə düzəldəcəyinə inandırıb. Qabillə Elvin Əhmədli qəsəbəsində Kərimlə görüşüblər. O, bu iş üçün Elvindən 16000 manat istəyib. Lakin sonuncu bu qədər pulunun olmadığını bildirib. Kərim isə bu məsələni danışaraq 5000 manat aşağı həll edəcəyini, lakin ilkin olaraq 5000 manat vermək lazım olduğunu deyib. Elvin 15 noyabr 2021-ci il tarixdə "Qaymaq" kafesində Qabilin iştirakı ona 5000 manat verib. O, bu işin 2022-ci ilin yanvar ayının ortalarına qədər həll olunacağına vəd verib. Lakin vəd verdiyi işlərdən heç biri həll olunmayıb.
Bu əməllərinə görə işdən kənarlaşdırılan Kərim izahatında bildirib ki, Qabilin özü və tanışlarından aldığı bütün pulları şəxsi məqsədləri üçün xərcləyib və əməlindən peşmandır.
Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinən Kərim məhkəmənin qərarı ilə 3 il müddətinə azadlıqdan məhrum edilib.

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var